Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb

Date: 27 October 2016 10:47

Bakı. 27 oktyabr. REPORT.AZ/ Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.
"Report"un xəbərinə görə, metronun Nizami stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü  Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb. 
Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tags:  Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb

RƏYLƏR


Top news