Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi oyun FIFA referisinə tapşırıldı

Mərkəzi oyun FIFA referisinə tapşırıldı

Date: 27 October 2016 10:57

Premyer Liqanın X turunun oyunlarına bütün təyinatlar açıqlanıb. Fanat.Az xəbər verir ki, "Qəbələ" - "Neftçi" oyunu FIFA referisi Əliyar Ağayevə həvalə olunub. 


"Zirə" - "Kəpəz" oyununda İnqilab Məmmədov, AZAL - "Qarabağ" matçında Orxan Məmmədov, "İnter" - "Sumqayıt" oyununda Ömər Paşayev iş başında olacaq. 


Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.


29 oktyabr

15.00 "Qəbələ" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu


17.00 AZAL - "Qarabağ"

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"


30 oktyabr

14.00 "Zirə" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu


16.00 "İnter" - "Sumqayıt"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. "İnter Arena"


Fanat.Az


Tags:  Mərkəzi oyun FIFA referisinə tapşırıldı

RƏYLƏR


Top news