Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sakinlər üsyan edirlər: "Ərəbləri çıxarın buradan!" - FOTO

Sakinlər üsyan edirlər: "Ərəbləri çıxarın buradan!" - FOTO

Date: 27 October 2016 10:57

Bosniya-Hersoqovinanın paytaxtı Sarayevodan 8 km qərbdə, Tarçina şəhərinin yaxınlığında 160 evdən ibarət şəhərcik salınıb.  160 dəbdəbəli villadan ibarət bu şəhərciyin sakinlərinin əksəriyyəti ərəblərdir.

Elə bu məqam da yerli sakinləri "cin atına mindirib".

Milli.Az European-a istinadən bildirir ki, bu villalarda yaşayan ərəblər yerli şəraitə uyğunlaşmaq, adət-ənənələrə və qaydalara sayğı ilə yanaşmaq əvəzinə öz yaşam tərzlərini davam etdirirlər.

Tarçina sakinlərinin dediklərinə görə, şəhərcikdə "rəsmi dil" ərəb dilidir.

"Villaları alanların az qala hamısı Yaxın Şərq və Fars Körfəzi ölkələrindən olan ərəblərdir. Hərəsinin iki-üç, bəzən dörd arvadı var. Bizim adətlərimizə, qanunlarımıza tüpürmək belə istəmirlər", - yerli sakinlərdən biri deyib.

Şəhərciyin ətrafına hündür hasar çəkilib, sutkaboyu mühafizə var və yerli sakinlər oraya yalnız şəhərcikdə çalışırlarsa, buraxılırlar. Yerdə qalanlar üçün giriş qəti qadağandır.

Turçina sakinləri şəhərcikdəki ərəblərin oradan çıxarılmasını tələb edirlər.

Milli.Az







Tags:  Sakinlər üsyan edirlər Ərəbləri çıxarın buradan FOTO

RƏYLƏR


Top news