Faiq Ağayev: “Yəqin rejissorlarımız qonorarımdan qorxduqları üçün filmə dəvət etmirlər”

Faiq Ağayev: “Yəqin rejissorlarımız qonorarımdan qorxduqları üçün filmə dəvət etmirlər”
11:02 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Faiq Ağayev barəsində YENİ XƏBƏR - VİDEO (22 May 2017 11:49)
Rafael Ağayev "Yuventus"dan dəvət aldı (17 May 2017 11:38)
"Qoca sinyora" Rafael Ağayevə dəvət yolladı (17 May 2017 11:17)

"Kinoda, filmdə rol almaq ən böyük istəklərimdən biridir"
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin “Report”a müsahibəsi
- Son iki-üç ildir efirdə az görünməyinizin səbəbi nədir? Bu müddət ərzində şou-biznesdəki vəziyyəti necə təsvir edə bilərsiniz? Hansısa dəyişikliklər müşahidə etmisinizmi?
- Mənim səssizliyə çəkilməyimlə bağlı qənaətə hardan gəldiyinizi bilmirəm. Sonuncu “VIDA” adlı konsertim 2012-ci ildə olu. Bu dörd il ərzində ildə 4-5 mahnı ilə tamaşaçı, dinləyici qarşısına çıxırdım. Yəni bu müddət ərzində azı 6-8 hit mahnım çıxıb. Ötən il “Səs Azərbaycan” yarışmasında ustad münsif qismində iştirak edirdim, həyatımda çox gözəl təcrübə idi. Əvvəlki kimi sıx şəkildə televeziyalara çıxmamağımı nəzərdə tutursunuzsa, bu da bizim maraqlı telelayihələrimizin az olması ilə bağlıdır. Buna da səssizliik deməzdim. Kənardan apardığım müşahidələrə əsasən şou-biznesdə nisbi sakitçilikdir. Keyfiyyətliləri çalışır. Bu illər ərzində maraqlı, ürəyə yatımlı mahnılar eşitdim. Lakin təəssüf ki, hamının diqqətini çəkən, sözün yaxşı mənasında səs-küylü layihə də ortaya çıxmadı. Lakin sənət dalğavaridir, bunun enişi də, yüksəlişi də var.
- Ancaq dörd illik fasilədən sonra yenidən konsert vermək qərarına gəldiniz. Cari ilin dekabrında Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konsertdə nə kimi yeniliklər olacaq? Axı konsertiniz həm də yubileyinizə təsadüf edir...
- Hər kəsi ənənəvi “F.A” keyfiyyətli bir şou gözləyir. Konsertlər ta qədim zamanlardan bu günə kimi eyni qaydada “biçimlənir”. Müğənni səhnəyə çıxır, öz ifaları ilə tamaşaçını feyziyab edir. Üstəgəl, aktyorluq qabiliyyəti də varsa, səhnədən tamaşaçılarına aktyor kimi də müraciət edir. Konsert “F.A made in Azərbaycan” adlanır və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Sadəcə, konsertim həm də yubiley sayılacaq yaş həddimə təsadüf edir. Konsertimin adını hələ avqust ayından fikirləşmişdim. Prezident İlham Əliyev “Made in Azərbaycan” brendinin dəstəyi barədə qərar qəbul edəndən sonra isə artıq öz töhfəmi verdiyimi düşündüm.
Bu il konsertdə 23 mahnı səslənəcək. Onun 8-i yeni mahnıdır. İkisi artıq dinləyicilər tərəfindən eşidilib. Bunun biri “Uşaq kimi”, digəri isə qədim talış xalq mahnısı “Zanqeyarim”dır. Bundan başqa, 90-cı illərdə ifa etdiyim hitlərimin yeni versiyaları olacaq. Çünki tamaşaçılarımızın yeni nəsil nümayəndələri əvvəlki mahnılardan əfsus ki, bixəbərdilər. Həmin mahnılara insanın heyfi gəlir, ona görə də o bəstələri yeni versiyada səsləndirəcəyəm. Eyni zamanda, “Uşaq kimi” mahnısının bəstəkarı Rabil Səfərli, "Eurovision” mahnı yarışmasının iştirakçısı Səbinə Babayeva mənim üçün mahnı yazıblar. Bundan əlavə, daha iki yenisi var.
Hazırda konsertlə bağlı işlər öz axarında davam edir. İndi rəqslərinin üzərində iş gedir. Həmçinin, səhnə dekoru barəsində son qərara gəldik. Yerli müğənnilərin Heydər Əliyev Sarayında belə bir dekorasiyası heç vaxt olmayıb. Dünya standartlarına uyğun dekor işləmişik. Bolluca musiqi kefi olacaq konsertdə, köhnə mahnılarımı da ifa edəcəyəm. Xüsusi olaraq şou üçün iki video hazırlanır. Hər kəsi konsertimə dəvət edirəm. Həm konsertimə gələ, həm də ad günümü təbrik edə bilərsiniz. Biletlər də artıq satışdadır və qiymətlər də çox münasibdir. Yəni hazırda Bakıda keçirilən bütün konsertləri nəzərdən keçirsək, ən ucuz biletlər mənim konsertimədir. Belə ki, biletin qiyməti 20-120 manat arasında dəyişir.
- Niyə məhz “Uşaq kimi”...? Bu adı seçməkdə məqsəd nə idi?
- “Uşaq kimi” mahnısının adını özüm seçmişəm. Mətndə deyilir ki, “hər deyilən sözlə oynasaq uşaq kimi, onda bizdə bir şey alınmaz”. Əslində bəzən uşaq kimi qalmaq lazımdır. İnsan həssaslığı, sevgiyə ehtiyac uşaqlıqda daha kəskin olur. Lakin uşaq kimi inad edib münasibətləri korlamaq da düzgün deyil. Mətndən başqa cür ad da çıxara bilmədim, çünki “Uşaq kimi” daha uyğun idi. Hətta bu mahnı ilə bağlı qeyri-peşəkarlar arasında müsabiqə də elan etmişəm. Onlar mahnını ifa edib video çəkirlər. Sosial şəbəkələrdə adımı “tag” edib, #ushaq_kimi haştaqı ilə paylaşırlar. Daha sonra videonu 055 220 37 74 nömrəli "Whatsapp" nömrəsinə göndərirlər. Həmin videoların hamısına şəxsən özüm baxıram. Bu ayın sonunda qalibi elan edəcəyəm, onu hədiyyə olaraq planşet gözləyir.
- Xarici ölkələrin şou-biznesinə qoşulmaq arzunuz varmı? Çünki bir çox sənətçilərimiz məhz Türkiyə şou-biznesinə maraq göstərir...
- Konsertimin adı da “F.A made in Azərbaycan”dır. Bu həm də onun mesajıdır ki, bu torpağın məhsulu, bu məmləkətin müğənnisi məhz Azərbaycan üçün olmalıdır. Mən nə Rusiya, nə Türkiyə, nə də digər ölkəyə köçməyəcəyəm. Xəyalpərəstlikdən uzaq olaraq deyim ki, həmin ölkələrin şou-biznesi də çox qəddardır və heç kimi “göydən zəmbildə düşmüş” kimi qəbul etmir. İfaçılarımız orada nə qədər şöhrət qazansalar da, məşhurlaşmaq üçün buraxdıqları sərmayələrini kəssələr, dərhal həmin bazardan iraq düşəcəklər. Azərbaycanda isə vəziyyət tam əksinədir. Ən bariz nümunə - Mananadır. Biz onu bu sahəyə qonaqpərvərliklə buraxdıq, artıq Azərbaycanın əməkdar artistidir. Nə Türkiyə, nə də Rusiya şou-biznesi buna meylli deyil. Bir daha deyirəm, mən heç bir ölkəyə köçməyəcəm, məhz Azərbaycanda qalacağam.
- Sosial şəbəkədən fəal istifadə edən birisiniz. Ancaq bəzi həmkarlarınız çox vaxt paylaşımları ilə tənqid hədəfinə tuş gəlir. Bu cür paylaşımlara münasibətiniz necədir? Siz daha çox hansı paylaşımlara önəm verirsiniz? Ümumiyyətlə, paylaşımların mövzusu nə olmalıdır?
- “Facebook”da iki səhifəm var. Biri şəxsi, digəri isə fan-səhifədir. Fanlarım üçün olan səhifədə yalnız sənətimlə bağlı xəbərlər, foto və videolardır. Şəxsi profilimdə həm sənət xəbərləri, həm də özəl fikirlərim yer alır. 2009-cu ildən fəal “Facebook” istifadəçisiyəm. Bu günə qədər heç bir paylaşımım sərt reaksiyaya səbəb olmayıb. İstənilən dünya ulduzlarının səhifələrinə baxanda da görmək olar ki, ilk növbədə sənətlə bağlı paylaşımlar olur. Daha sonra ətrafımızda baş verən hadisələrə münasibət bildirmək olar. Çünki sənət insanları da cəmiyyətin bir üzvüdür. Məşhurluğundan sui-istifadə edib, boş-boş yazılar dərc etmək lazım deyil. Bu qaydaya riayət olunarsa, kiminsə yazdığı tənqid olunmaz.
- Sənətçilərimiz ən çox istifadə etdikləri “İnstagram”da paylaşımları çox vaxt tənqidlərə məruz qaldığından izləyicilərin onlara rəy yazmaq imkanını əllərindən alırlar. Sizcə, bu nə dərəcədə düzgündür?
- Heç kim kiminsə fikir bildirmək hüququnu əlindən almır. Bu söz azadlığına qəsd kimi qəbul oluna bilməz. Hər bir şəxs öz səhifəsində istədiyi rəyi yaza bilər. Bu funksiya təkcə Azərbaycan üçün yox, bütün dünya üçün fikirləşilib. Hərdən elə ağılasığmaz, köklü şəkildə aidiyyəti olmayan rəylər yazırlar ki, orada heç nə yazılmasa, daha yaxşı olar. Yoxsa bunu "mənim haqqımı əlimdən aldılar" kimi başa düşməsinlər. Yəni normaldır. Rəy yazmağın məhdudlaşdırılması bir növ yerini bilməyənlərdən, tərbiyəsizlərdən qorunmağın bir sığortasıdır. Əslində “İnstagram”a o qədər də meylli deyiləm, çünki ora yalnız şəkil paylaşmaq üçündür. “Twitter”dən də az istifadə edirəm, səbəbi isə yazılan dərclərdə söz limiti olmasıdır. “Facebook” mənim üçün əlverişlidir.
- Mütaliəni sevdiyinizi bilirik. Bəs ən çox hansı janrda yazılmış əsərlərə müraciət edirsiniz?
- Uşaqlıqdan mütaliəni çox sevirəm. Əgər ümumiləşdirsək, mənim üçün incəsənətdə cəmi iki janr var - maraqlı və maraqsız. Maraqlı olanları sevirəm. Oxuduğum kitablar arasında tarixi, detektiv, fantastikaya aid olan əsərləri daha çox bəyənirəm. Ən əsası isə gərək mövzu diqqətimi çəksin. Kitabı alarkən onsuz da qısa məzmunla tanış oluram. Əgər tanıdığım yazardırsa, təbii ki, onun yanaşmasını bilirəm və daha rahat oluram. Kitablarda hansısa janra üstünlük vermək kimi xasiyyətim yoxdur.
- Ümumiyyətlə, ay ərzində kitaba nə qədər pul xərcləyirsiniz?
- Kitaba nə qədər pul xərclədiyimi dəqiq deyə bilmərəm. Çünki hər ay kitab almıram. Adətən, kitabları birdəfəlik alıram. Xarici səfərlərdən dönəndə yükümün ağır olmasının səbəbi məhz kitablardır. Hərdən zarafatla deyirəm ki, "kitabları kiloqramla alıram". İlə təxminən 8-15 kitab oxuyuram.
- Bəs heç olub ki, nə vaxtsa oxudunuz əsərlərin qəhrəmanı və ya müəllifi ilə görüşüb əsəri müzakirə etmək istəyində olasınız?
- Belə bir istəyim olmayıb. Bəlkə də məşhurluq nədir bilirəm deyə. Sadə tamaşaçının ürəyində belə arzu ola bilər. Bir-iki dəfə sevdiyim əsərlərin müəllifləri ilə görüşmüşəm. Çingiz Abdullayevlə münasibətlərimiz çox səmimi, qarşılıqlı hörmətə əsaslanır. Onun qələminin fanatıyam. Aqil Abbasla çox yaxşı münasibətdəyəm. Müəlliflərlə görüşsəm də, heç vaxt onlarla kitabın süjeti barəsində danışmamışam.
- Kitabları oxuduqdan sonra kiməsə hədiyyə edirsiniz, yoxsa "onların məndə özəl anlamı var" deyib evdə saxlayırsınız?
- Mənim üçün evdə kitabxana anlamı yoxdur. Evdə kitab saxlamıram. Çünki kitabı oxuyub qurtarandan sonra evdə saxladınsa, deməli, onu dəfn edirsən. Kitab yaşamalıdır. Kitablarımı zaman-zaman hədiyyə edirəm, yaxud da məhkumlara çatdırıram. Kitab paylaşdıqca yaşayır. Bu zaman həm müəllifin ruhu sevinir, həm də kitabın yazılma məqsədi yaşayır.
- Bu həyatda “hər şeydən vaz keçərəm” dediyiniz kimsə var?
- Zənnimcə, heç kimin həyatında elə insan yoxdur. Məsələn, anama görə məcazi və hərfi mənada dağları aşaram. Lakin həyat hərdən insanın qarşısına elə kəskin şərtlər qoyur ki, fikirləşdiklərinlə etdiklərin üst-üstə düşmür. Allah heç kimi bu vəziyyətə salmasın ki, illər boyu qazandıqlarını bir şəxsə görə itirmək məcburiyyətində qalsın.
- Faiq Ağayevi sənətdən və ya həyatdan nə küsdürə bilər?
- Kimsə məni nə sənətdən, nə də həyatdan küsdürə bilməz. Sadəcə, insanı nədənsə usandıran məqamlar olur. Lakin bu o demək deyil ki, sən dərhal qanadlarını büküb, kənara çəkiləsən. Məsələn, həyatda tərbiyəsizliyi qəti sevmirəm. Bu mənə olmazın qıcıq verir. Eyni zamanda, sənətdə qeyri-peşəkarlığı sevmirəm. Amma bu mənə əsas vermir ki, sənətimə və həyatıma küsüm. Həyata və sənətə olan eşqim çox güclüdür.
- Bəllidir ki, qadınlar hansısa çətin vəziyyətdə olanda ağlamaqla dərdini yüngülləşdirə bilər. Lakin kişilər belə etmir. “Kişilər ağlamamalıdır” anlayışı nə dərəcədə düzgündür?
- Qadınlar daha emosional olur. Məcazi mənada iki tərs mütanasib "yadplanetli" (qadın və kişilər) bir planetdə yaşayır. Kişilər daha çox məntiqə fikir verir, qadınlar isə emosiya ilə yaşayır. Bu iki varlığın vəhdəti çox maraqlıdır. Cəmiyyətlərin qoyduğu bir anlayış var, "kişi zarımaz, ağlamaz", o, sadəcə özünü toparlayıb, qələbəyə doğru gedər. Qadına zəiflik icazəlidir, buna görə də zərif məxluq adlandırılır. Halbuki qadınlar elə əziyyət çəkir ki, kişilər belə bunu çəkə bilməz. Təbii ki, əksinə də olur. Kişilərin bu mövzuda çıxış yolları çoxdur. Kişilər stresslərini xanımlardan fərqli olaraq idmana getməklə, futbola baxmaqla, dostlarla bir araya toplaşmaqla, ova getməklə və digər yollarla atırlar.
- Qadın böyük, yoxsa şər qüvvədir?
- Qadın böyük qüvvədir. Şər qadından da, kişidən də gələ bilər. Məşhur deyim var: "Yaradan insanı məkri-zənandan" qorusun. Mənə elə gəlir ki, bunu deyənlər daha çox pis qadınlarla rastlaşıblar. Ancaq əksər və ya bütün qadınlar pis ola bilməz axı. Onlar ki, bizim analarımız, bacılarımız, həyat yoldaşlarımızdır.
- Mahnılarınızın nəçəsi qadınlara həsr olunub?
- Yəqin, mahnılarımın əksəriyyəti qadınlara həsr olunub, çünki çoxu məhəbbətə aiddir. Mahnılarımın cəmi 5-10 faizi digər mövzulara aid olub.
- Hansısa filmdə, ya da kinoda özünüzü sınamaq istəyərdiniz?
- Təhsilimi aktyorluq üzrə almışam. Belə ki, Mədəniyyət və İncəsənət Universitetini musiqili teatr aktyoru kimi fərqlənmə diplomu ilə bitirmişəm. El dili ilə desək, aktyorluq "qurdu"mu kliplərimdə öldürmüşəm. Filmlərdə və ya seriallarda təklif almamağıma gəlincə, yəqin ki, rejissorlarımız qonorarımdan qorxurlar (gülür). Çünki digər səbəb görmürəm. Aktyor kimi fəaliyyətimi bütün rejissorlar tərifləyirlər. Etiraf edək ki, Azərbaycanda kino sahəsi yeni-yeni dirçəlməyə başlayır. Sovet vaxtında olan məktəb, həmin aktyorlar artıq yoxdur. İnkişaf üçün zaman lazımdır. Əfsus ki, sovet vaxtında əldə etdiyimiz təcrübəni lazımsız bir şey kimi kənara atdıq. Təəssüf ki, hələlik maraqlı təklif gəlməyib. Halbuki kinoda, filmdə rol almaq ən böyük istəklərimdən biridir.
- Sizin çevrənizə yaxın dura bilməyəcək insan tipi var?
- Yalançı birini, eləcə də maşın, ev, geyim və digər əşyalarla insana qiymət verən şəxsləri yaxınıma buraxmaram. Eyni zamanda, vəfalı və etibarlı olmayan biri də yanımda ola bilməz.
- Faiq Ağayevin qorxusu və fobiyası nədir?
- Əvvəllər yüksəklikdən qorxurdum. Çünki 28 yaşıma qədər birinci mərtəbədə yaşamışam. Müstəqil yaşamağa başlayanda üçüncü, doqquzuncu, onuncu mərtəbədə yaşadım. İndi göydələnə belə çıxıb, rahat aşağı baxa bilərəm. Yəni artıq qorxum qalmayıb. Kəskin fobiyam yoxdur. Bəlkə də ən böyük fobiyam haqsız olaraq nədəsə ittiham olunmaqdır. Ona görə də hər zaman danışığıma və hərəkətimə fikir verirəm.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 07:37

Filippində 5,4 bal gücündə zəlzələ olub

26 May 2017 07:36

Cocuq Mərcanlıda 1063 qəlpə tapılıb - FOTO

26 May 2017 07:32

Onlar həm Oyunların qəlbi, həm də bəzəyi oldular - KÖNÜLLÜLƏR - FOTO

26 May 2017 07:22

Məryəmin gözləmədiyi oldu: onunla üz-üzə gəldi - FOTO

26 May 2017 07:17

"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"

26 May 2017 07:12

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

26 May 2017 07:05

Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb

26 May 2017 06:57

Məşhur analar və onların övladları - VİDEO - FOTO

26 May 2017 06:32

Koalisiya Suriyanın qərbinə hava zərbələri endirib: 35 dinc sakin həlak olub

26 May 2017 06:15

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03