Tolikdən Soso Pavliaşvilinin Bakıya gəlməsinə etiraz

Tolikdən Soso Pavliaşvilinin Bakıya gəlməsinə etiraz
11:12 27 Oktyabr 2016
32 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada fəaliyyət göstərən gürcü müğənni Soso Pavliaşvilinin Bakıya gəlməsinə etiraz edənlərdən biri də prodüser Tarix Əliyev (Tolik) olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tolik Soso ilə toyların birində qarşılaşmasından bəhs edib:

"Bu çoxbilmiş bilir ki, Bakıya niyə gəlmək lazımdır. Bu, qondarma Qarabağ hakimiyyətinin konsertinə getmişdi. Orada demişdi ki, Qarabağ ermənilərindir. Eltonla (müğənni Elton Hüseynəliyev - red.) bir dəfə toyda olanda bu da gəlmişdi. Onun prodüserinə dedim ki, niyə belə etdi, çıxsın üzr istəsin, desin ki, səhv etmişəm. Cavab verdi ki, heç vaxt elə şey etməz. İndi də heç bir üzr istəmədən gəlir. Bu kimdir ki, ona hələ güzəştə də gedək? Moskvada bu, yəhudilərin hesabına dolanır. O, ermənipərəstdir, onu düz edib ölkəmizə buraxmırdılar. Necə gedib deyib, indi də çıxıb desin ki, səhv eləmişəm, Azərbaycan xalqından üzr istəyirəm".

Qeyd edək ki, Soso Pavliaşvili bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR