ABŞ-da demokratik seçki gözləntisi absurddur

ABŞ-da demokratik seçki gözləntisi absurddur
11:13 27 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır.

İrəli sürdükləri iddialarında daha çox haqlı görünmək üçün seçiciləri qarşısında hətta bir-birilərini təhqir edib bu vasitə ilə şou yaradan iki əsas namizədin rəqabət tərzi ABŞ-ın prezident seçkilərində uzun illərdir ki, müşahidə olunmamışdı. Əlbəttə ki, ittiham və ziddiyyətlərin yaranmasının köklü səbəblərindən biri ölkə siyasətində buraxılmış ciddi səhvlərdir.

Reallıqda ABŞ-ın seçki marafonu demokratik görünə bilər, amma ölkədaxili cəhətdən demokratiyanın tənəzzülə uğradığını da deyə bilərik. Artıq Amerikada irqi diskriminasiyaların vüsət alması, zəncilərə qarşı qeyri-sağlam münasibətin yaranması, islamofobiya, ksenofobiya kimi olayların gündəlik tərzə çevrilməsi, KİV-lərin sifarişlərlə işləməsi, media nümayəndələrinin təqibi prosesi gedir desək, heç də yanılmarıq.

Bütün bunlar məhz namizədlər tərəfindən də etiraf edilib. Baxın, respublikaçı namizəd Tramp bu günlərdə belə bir çıxış edib ki, prezident Obama Klintonun namizədliyini müdafiə etmək məcburiyyətindədir. Belə ki, Klinton dövlət katibi vəzifəsində işləyərkən, şəxsi elektron poçtunu dövlət işlərində istifadə edib. Bu isə kobud qanun pozuntusudur. Klinton Obamanın rəhbərliyi altında bu posta sahib olub və indiki prezident bu məsələnin böyüməməsi üçün açıq şəkildə xanım Klintona siyasi dəstək göstərir. Yaxud Klintonun Trampı müxtəlif üsullarla ifşa etmək cəhdləri, rəqibini əxlaqsızlıqda günahlandırması, hətta seçicilərini ondan uzaq dayanmasına, siyasi toruna düşməmələrinə səsləməsi sivil, demokratik və normal seçki mühitinin qaba, qeyri-demokratik mühitlə əvəzlənməsindən xəbər verir.

Artıq bütün dünya və siyasi hadisələri doğru istiqamətdə təhlil etməyi bacaran ictimai rəy də etiraf edir ki, dünyada 200 ildir formalaşmış “Amerika demokratiyası” məhvolma prosesini yaşayır. Biz Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərindən, o cümlədən referendumdan sonra daha çox mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən bir sıra insan haqları, media azadlığı və başqa qurumların qərəzli hesabatları ilə qarşılaşmışıq. Bu hesabatların hər birində aşkar şər və böhtanların, sifarişlərin olması dəfələrlə sübuta yetirilib. Xüsusilə Azərbaycan mətbuatında bu ətrafda çoxsaylı ifşa faktları işıq üzü görüb. İndi növbə ABŞ-dadır. Daha dəqiqi, ABŞ-da baş verən qanunsuzluqlardır ki, beynəlxalq aləm bu barədə ciddi açıqlamalar gözləyir. Məsələn, Trampın rəqibi Klintonun seçkilərdə “ölü canlardan” istifadə etməsi ətrafında səsləndirdiyi fikirlər də ciddi ittihamdır. Yaxşı olardı ki, zaman-zaman Azərbaycanı və s. ölkələri qeyri-demokratiyada ittiham edən ABŞ-ın insan haqları təşkilatları özlərində ədalət gücü tapıb,daxillərində baş verən reallıqlar ətrafında hesabatlar, bəyanatlar yaysınlar. Dünya ictimaiyyəti də onlardan bunu gözləyir.

Bütün bunları nəzərə alaraq, ABŞ-da demokratik seçki gözləntisi absurddur. Maraqlı faktlardan biri də ABŞ-da çoxpartiyalı sistem mövcud ola-ola, orada respublikaçılarla demokratların bir-birilərini əvəzləməsidir. Bu nə cür demokratik dəyərlərə sığan bir hal sayıla bilər? Bəs digər siyasi partiyalar nəyə görə fəaliyyət göstərir? Düşünürəm ki, belə bir vəziyyətdə ABŞ-dan demokratik seçki gözləntisinə ümid bəsləmək sadəcə absurddur.

Siyasi ekspert Bəhruz Quliyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ronaldo Barselona terrorundan yazdı - Foto

18 Avqust 2017 08:43

"Tin uşaqları" bakılıları əyləndirəcəklər

18 Avqust 2017 08:23

Məktəbli forması seçərkən diqqətli olun - VİDEO

18 Avqust 2017 08:03

Neftçalada avtomobil 65 yaşlı kişini vurub

18 Avqust 2017 07:52

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

18 Avqust 2017 07:47

Tramp Barselonada törədilən terror aktı ilə bağlı KÖMƏK TƏKLİF ETDİ

18 Avqust 2017 07:33

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14