Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb

Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb
11:17 27 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.
Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.
Saxlanılan Mahmud Axtar son üç ildə diplomatik nümayəndəlikdə çalışıb və diplomatik pasporta da malikdir. Bu gün polis məntəqəsində sorğu-sual edilən səfirlik əməkdaşı diplomatik toxunulmazlığı olduğundan sonradan sərbəst buraxılıb.
Polis qəsdən sənəd sızması olduğunu ehtimal edir. Mahmud Axtarda olan gizli sənədlər Hindistanın müdafiə strategiyası ilə əlaqəlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-casusluqda-subheli-bilinen-pakistanli-diplomat-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR