Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

İngiltərədə partlayış (26 Mart 2017 09:35)
Britaniyada partlayış: yaralılar var (26 Mart 2017 08:05)
Britaniyada partlayış nəticəsində yaralananların sayı 30-u keçdi (26 Mart 2017 06:24)

Tarix: 27 Oktyabr 2016 11:22

Bakı. 27 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.
"Report"un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  
Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 


Teqlər:  Villada partlayış zamanı xəsarət alan Azəravtoyolun Aparat rəhbəri Türkiyədə vəfat edib



RƏYLƏR


Top xəbərlər