10 bankın əmanətçisinə 623,736 mln. manat ödənilib

10 bankın əmanətçisinə 623,736 mln. manat ödənilib
11:23 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Publika.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 623,736 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 34,582 mln. manat, “Zaminbank” ASC - 51,026 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 348,048 mln. manat kompensasiya alıblar.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/173705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR