Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Millimiz Rumıniyaya qarşı - YENİLƏNİR

Millimiz Rumıniyaya qarşı -   YENİLƏNİR

Date: 27 October 2016 11:27

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, budəfəki rəqib Avstriya yığması olacaq.

Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçiriləcək.

İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda hazırda qrupun sonuncu pilləsində yer alıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.

Avropa çempionatı
Seçmə mərhələ
6-cı qrup, 27 oktyabr

20.00 Azərbaycan - Avstriya 
Hakimlər: Petur Raynert, Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti, Ketelin Qaman (Rumıniya).
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya).
Hakim-inspektor: Cerard Perri (İrlandiya).
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi.

Fanat.Az

Tags:  Millimiz Rumıniyaya qarşı YENİLƏNİR

RƏYLƏR


Top news