"Nar" rouminqdə 4G xidmətinin coğrafiyasını genişləndirir

"Nar" rouminqdə 4G xidmətinin coğrafiyasını genişləndirir
11:27 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın üçüncü rabitə operatoru olan “Nar” şirkəti rouminqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirir.
Şirkətdən “Report”a bildirilib ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra “Nar” abunəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Cənubi Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rouminq xidmətindən yararlana bilirlər.
Rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.
Qeyd edək ki, hazırda “Nar” rouminq xidməti 172 ölkədə aktivdir. Mobil operatorun rouminq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rouminq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/nar-rouminqde-4g-xidmetinin-cografiyasini-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR