Bakı. 27 oktyabr. REPORT.AZ/ Çinin "China Tianchen Engineering Corporation" şirkəti Qardabanidə (Gürcüstan) qaz və buxar turbinləri ilə kombinləşmiş yeni istilik-elektrik stansiyası (İES) inşa edəcək.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, 230 MVt gücə malik yeni İES artıq inşa edilməyə başlanılıb.
Layihənin dəyəri 159 milyon dollar təşkil edir. İES-in 2020-ci ilin qışında istismara veriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Qardabani Azərbaycan icmasının Gürcüstanda sıx məskunlaşdığı ərazilərdəndir.