İtaliya silkələndi: uşaq yaralandı, qocanın ürəyi yatdı - FOTO

İtaliya silkələndi: uşaq yaralandı, qocanın ürəyi yatdı - FOTO
11:27 27 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyadakı yeraltı təkanlar nəticəsində bir uşaq ciddi xəsarət alıb. Olayın təfərrüatları, yaralanmış uşağın ad və soyadı açıqlanmayıb.

MilliAz AGİ-yə istinadən bildirir ki, zəlzələ zamanı Tolentino şəhərinin 63 yaşlı sakini ürəktutmadan vəfat edib.

Dünən axşam saatlarında İtaliyanın mərkəzindəki Marke vilayətində təxminən 2 saatlıq intervalla güclü yeraltı təkanlar, habelə bir neçə zəif afterşoklar olub. Zəlzələlərin gücü Rixter şkalası ilə 5,4 və 5,9 bal idi.

Təkanlar Peruca, Ankona, Fabriano, Pezaro və Romada da hiss olunub. Bəzi yaşayış məntəqələrində və şəhərlərdə binaların divarlarında çatlar əmələ gəlib. Bir çox regionların elektroenerji təminatında fasilələr yaranıb.

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR