Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib

Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib

Date: 27 October 2016 11:29

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Lent.az-ın Report-a istinadən məlumatına görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 

 


Tags:  Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib


RƏYLƏR


Top news