“Microsoft” ilk masaüstü kompüterini və başqa yenilikləri təqdim edib

“Microsoft” ilk masaüstü kompüterini və başqa yenilikləri təqdim edib
11:35 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda "Surface Studio" adlı ilk şəxsi istehsalı olan masaüstü kompüterini, "Surface Book i7" adlı yeni noutbuk-transformerini və simsiz virtual reallıq şlemlərini nümayiş etdirib, həmçinin "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi haqda detalları bölüşüb.

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Surface Studio" – bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir (FK).

Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti –  3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib.
"iMac" kompüterinin rəqibi olan "5K" təsvir ölçülü ekranla təchiz edilmiş qurğu "Surface Pen" stilusu və yeni "Surface Dial" aksessuarının köməyi ilə daxiletməni dəstəkləyir.

"Microsoft"un rəsmisi bildirib ki, "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir.

Monoblok kompüter "Intel Core i5" və ya "i7" prosessoru, "Nvidia GTX 980" qrafik kartı, 32 QB-dək əməli yaddaş və 2 TB-dək tutuma malik daşıyıcı, "Mini DisplayPort", 4 ədəd "USB 3.0", "Ethernet" konnektor və "SD" kartlar üçün slotla təchiz edilib.

"Surface Studio" monoblokunun qiyməti 2999 ABŞ dollarından başlayır. Artıq ilkin sifariş əlçatandır. Yeni qurğunun çatdırılması dekabrın əvvəllərinə gözlənilir.

"Surface Book"un dizaynı sələfindən heç nə ilə fərqlənmir. Yeni modeldə təkmilləşdirmələr əsasən elektron içliklə bağlıdır: avtonom iş vaxtı 16 saatdır, qrafik məhsuldarlıq iki dəfə artırılıb.

2016-cı ilin noutbuk-transformeri "Intel i7" prosessoru, "Nvidia GeForce GTX 965M" (1.9 teraflops) video sürətləndiricisi və tamamilə yeni soyutma sistemi ilə təchiz edilib.

256 QB, 512 QB və 1 TB yaddaş konfiqurasiyasına malik yeni qurğunun qiyməti müvafiq olaraq 2399, 2799 və 3299 dollar təşkil edəcək. Leptopu "Microsoft.com" saytından sifariş etmək mümkündür.

"Microsoft", həmçinin "Windows 10" sistemi ilə işləyən və holoqramların göstərilməsi funksiyasına malik virtual reallıq şlemlərini təqdim edib. Bu şlemləri "HP", "Dell", "Lenovo", "Asus" və "Acer" şirkətləri istehsal edəcək. Amma bu şirkətlərdən heç biri virtual reallıq bazarında aparıcı iştirakçı deyil.
Qurğu haqda məlumat yox dərəcəsindədir. Şirkətin rəsmiləri bildiriblər ki, "HTC Vive" və "Oculus Rift"dən fərqli olaraq kənar kamera və ya lazer sistemlərinə ehtiyac olmayacaq, çünki hərəkəti izləyən trekerlər korpusda gizlədilib. Virtual reallıq şlemləri 299 dollara satılacaq.

Bundan başqa, şirkət "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi – "Windows 10 Creators Update"ni təqdim edib. 2017-ci ilin yazında onu pulsuz yükləmək mümkün olacaq.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin siyahısında dəyişikliklər edildi

23 Avqust 2017 17:43

Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib

23 Avqust 2017 17:42

Almaniyada avtobus aşıb, 40 nəfər yaralanıb

23 Avqust 2017 17:42

İlham Əliyev Petro Poroşenkonu təbrik edib

23 Avqust 2017 17:39

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23 Avqust 2017 17:37

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 17:37

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

23 Avqust 2017 17:35

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

23 Avqust 2017 17:35

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ AÇIQLADI

23 Avqust 2017 17:34

“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib

23 Avqust 2017 17:32

TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib

23 Avqust 2017 17:32

Manaf Ağayevdən "Qarabağ"ın oyunu haqda:

23 Avqust 2017 17:31

"Beşiktaş"ın prezidenti azərbaycanlı modellə sevgili imiş - FOTOLAR

23 Avqust 2017 17:29

Prezident Petro Poroşenkonu təbrik etdi

23 Avqust 2017 17:28

Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

23 Avqust 2017 17:27

Məleykə Abbaszadə: “Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”

23 Avqust 2017 17:22

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

23 Avqust 2017 17:22

Madafiə nazirləri Bakıda görüşəcək

23 Avqust 2017 17:19

"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

23 Avqust 2017 17:17