“ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimat olub

“ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimat olub
11:37 27 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması və fəaliyyəti barədə təqdimat olub.
“Report”un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əhalinin məşğulluq imkanlarının artırılması yönündə atılan addımların aktiv əmək bazarı siyasətinin getdikcə güclənməsinə şərait yaratdığını vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması da rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Bu sahədə görüləcək tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradacaq”.
Nazir bildirib ki, “ABAD” mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasının, eləcə də kiçik və orta sahibkarların dəstəklənməsi üçün sosialyönümlü layihələr həyata keçirəcək: “Bu sosialyönümlü layihələr öz ailə təsərrüfatlarını formalaşdırmaq üçün potensialları olan aztəminatlı ailələri də əhatə edəcək. Bununla əlaqədar, cənab Prezidentin 23 sentyabr 2016-cı il tarixli fərmanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təkliflər təqdim edilməsi tapşırılıb. Bu istiqamətdə biz həmin Dövlət Agentliyi ilə birgə fəal işlər aparmaq əzmindəyik”.
S.Müslümov aztəminatlı ailələrin məşğulluq və biznes imkanlarının dəstəklənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən nazirlik tərəfindən özünüməşğulluq proqramının praktik icrası işlərinin davam etdirildiyini bildirib: “Proqrama cəlb olunmaq üçün müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi aparılır və bu müayinənin nəticəsi əsasında onların özünüməşğulluq potensialları müəyyən edilir. İndiyədək bu müayinələr əsasında ayrı-ayrı rayon və şəhərlər üzrə artıq 850 nəfər işsiz və işaxtaran şəxs seçilərək, biznesin təşkili ilə bağlı iki aylıq təlimlərə cəlb olunub. Müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi əsasında proqramla bağlı təlimlərə cəlb olunacaq şəxslərin müəyyən olunması prosesi hazırda davam etdirilir. Ümumilikdə özünüməşğulluq proqramı 1500 nəfər işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulmasına imkan verəcək”.
Nazir əlavə edib ki, “ABAD” mərkəzləri tərəfindən ölkədə ümumən ailə biznesinin inkişafının dəstəklənməsinə yönələcək sosialyönümlü layihələr hazırda icra olunan özünüməşğulluq proqramı ilə paralel həyata keçirilməklə aztəminatlı ailələrin ailə təsərrüfatlarının qurulmasına əlavə dəstək mexanizmi formalaşdırır: “Bir nazirlik olaraq bizim də bu sahədə əsas vəzifəmiz aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin qeyd olunan layihələrindən daha yaxşı faydalanmaları üçün müvafiq işləri görmək, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə səmərəli əməkdaşlıq həyata keçirməkdir. Hazırda keçirilən tədbir də təqdimat xarakterli olmaqla yanaşı, bu sahədə birgə fəaliyyətin istiqamətlərini nəzərdən keçirməyə imkan verir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov agentliyin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılmasından bəhs edib. O, Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılan, “ABAD”ın ailə təsərrüfatlarının formalaşdırılması və inkişafında, kiçik və orta sahibkarların dəstəklənməsində növbəti mühüm addım olduğunu vurğulayıb. 
“ABAD” mərkəzlərinin icra edəcəyi layihələrin istiqamətlərini diqqətə çatdıran İ.Kərimov bildirib ki, bu istiqamətlərdən biri kimi, əmək potensialına malik aztəminatlı ailələrin də biznes qurmaq imkanlarına yiyələnmələrinə şərait yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti üzrə təklifləri bu sahədə işlərin təşkilində əsas kimi götürüləcək.
Tədbir “ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib. “ABAD” mərkəzləri tərəfindən ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi yönündə icrası nəzərdə tutulan layihələrlə yanaşı, əmək qabiliyyətli aztəminatlı ailələrin öz təsərrüfatlarını formalaşdıra bilmələri üçün həyata keçiriləcək sosialyönümlü layihələr də diqqətə çatdırılıb. Bu sahədə birgə görüləcək işlərə dair müzakirələr aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27

Trampın kürəkəni etiraf etdi -

24 İyul 2017 23:25

"Barselona"nın planı baş tutmadı

24 İyul 2017 23:22

Alişanın nişanlısı cazibədar fotolarını paylaşdı

24 İyul 2017 23:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri

24 İyul 2017 23:05

"Panatinaikos"un gündəmindəki futbolçular...

24 İyul 2017 23:05

Rusiya Suriyadakı iki yeni təhlükəsizlik zonasına hərbi polis yerləşdirib

24 İyul 2017 22:58

Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

24 İyul 2017 22:57

"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"

24 İyul 2017 22:52

“Mançester Siti”dən daha bir rekord transfer

24 İyul 2017 22:49

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:47

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

24 İyul 2017 22:42

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

24 İyul 2017 22:37

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb

24 İyul 2017 22:36

Maşında kondisioner: komfort yoxsa təhlükə?

24 İyul 2017 22:32

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12