Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ

Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ
11:42 27 Oktyabr 2016
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə müddət idi ki, Azərbaycan Müdafiə Naziriliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı yaydığı məlumatlardakı statistika Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının artdığı tendensiyasını göstərirdi. Halbuki, Azərbaycan və Ermənistan prezidentlərinin Avstriya və Rusiya görüşlərindən sonra bu hallar son aylar, demək olar ki, minimuma enmişdi.


Buna baxmayaraq, ekspertlər xəbərdar edirdilər ki, düşmən tərəfi təxribatlar törətməkdən əl çəkməyəcək, xüsusən də Ermənistanın Müdafiə Nazirliyinə yeni rəhbər təyin olunandan sonra bu hallar daha da artacaq və düşmən aprel hadisələrinə görə revanş götürməyə çalışacaq.

Artıq proqnozlar özünü doğrultmağa başlayıb. Belə ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Artıq bu fakt erməni tərəfindən üstüörtülü şəkildə də olsa, demək olar ki, təsdiq edilir. Belə ki, Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, oktyabrın 26-da qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məsələ ilə bağlı cəbhədəki vəziyyəti Milli.Az-a şərh edən tanınmış hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, düşmən təxribatlarının sayı bundan sonra getdikcə artacaq:

"Ermənistanın yeni müdafiə naziri Vigen Sarkisyanın Ermənistan parlamentində sentyabrın 26-da etdiyi çıxşı zaman ona ünvanlanan sərt suallara cavabından hiss olunurdu ki, onun müdafiə naziri təyin olunması ilə bağlı bəzi adamlarda hələ də qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün o, Baş Qərargah rəisi, vaxtilə Dağlıq Qarabağdakı separatçı rejimin müdafiə naziri olmuş Movses Akopyanla birgə bütün cəbhə boyu Azərbaycan hərbçiləri və döyüş texnikasının vurulması, o cümlədən snayper və kəşfiyyat-diversiya xarakterli əməlllərlə bağlı müvafiq göstərişlər verib. Bu cür təxribatlar yaxın günlərdə gözlənilən idi.

Çünki biz öncədən də bildirmişdik ki, hərbi məsələlərdən başı çıxmayan Vigen Sarkisyan çalışacaq ki, ağası olan prezident Serj Sarkisyanın başını uca eləsin və ona göstərilən etimadı doğrultsun. Ona görə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hazır olmalı və düşmənə zərrə qədər də imkan verilməməlidir. Əslində işğal edilmiş və mürəkkəb iqlim şəraiti olan həmin ərazilər Azərbaycana məxsusdur və biz oranı düşməndən daha yaxşı bilməliyik. Yaxşı ki, Müdafiə Nazirliyimiz də bunları nəzərə alır, elə ona görə də ordumuz ermənilərin bizə qarşı həyata keçirmək istədiyi kəşfiyyat-diversiya xarakterli hərəkəti öncədən aşkarlayıb və düşmənə qabaqlayıcı zərbə vurub. Bu, çox yaxşı haldır. Amma bunun davamı gələcək və düşmən verdiyi itkilərin əvəzini çıxmaq üçün mütləq bizim mövqelərimizə soxulmağa çalışacaq, canlı qüvvə və texnikanı sıradan çıxarmaq üçün canfəşanlıq edəcək. Ona görə də onsuz da sutkanın 24 saatını döyüş şəraitində keçirən şəxsi heyətə bu aralarda bir qədər də gücləndirilmiş rejimdə xidmət aparmağı və düşmənin burnu ovulana qədər həddən artıq ayıq-sayıq olmağı tövsiyə edərdim".

Ekspertin fikrincə, təxribatların sayı və miqyası getdikcə artacaq, hətta onların böyük hərbi əməliyyatlara, müharibəyə çevrilmə ehtimalı da var:  "Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin statistikasına nəzər saldıqda görmək olar ki, ilin bu ayları genişmiqyaslı toqquşmalar üçün ən münbit vaxtlardan biridir. Hər şey ola bilər. Baxmayaraq ki, bəzi ərazilərdə artıq qar yağıb, hava çox soyuqdur, yağışlı, palçıqlıdır, amma indiyədək yaşanan gərginliyin xronologiyasına əsasən, hesab edirəm ki, istənilən aktiv döyüş əməliyyatlarının başlanması mümkündür".  

İlkin İzzət

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49

Suriya ordusu əməliyyatları dayandırdı

24 İyul 2017 01:45

Üzən otel, katamaran - FOTO

24 İyul 2017 01:32

İranda zəlzələ oldu

24 İyul 2017 01:29

Ərdoğan Kral Salmanla görüşdü - FOTO

24 İyul 2017 01:28

Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu

24 İyul 2017 01:03

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05

Məşhurların satışa çıxarılan əşyaları - FOTO

23 İyul 2017 23:05

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının FOTOları - YENİLƏNİB

23 İyul 2017 22:57

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule

23 İyul 2017 22:57

İsrail səfirliyinə silahlı hücum -

23 İyul 2017 22:56

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42