Qənaətcil innovativ texnologiyalar: Samsung soyuducularında invertor kompressoru

Qənaətcil innovativ texnologiyalar: Samsung soyuducularında invertor kompressoru
11:52 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Samsung şirkəti soyuducunun - mətbəxinizin ən vacib hissəsinin iş prinsipini dəyişib.

Adi kompressorlu soyuducular hər kəsə tanışdır: onlar soyudulma üçün işə salınır, maksimal dövriyyələrdə işləyir, verilən temperatura çatdıqdan sonra isə sönürlər. Amma kameradakı hava isinməyə başlayan kimi, əsasən də qapı açıldığı zaman, kompressor yenidən işə düşür.

Bu iş prinsipi kifayət qədər elektrik enerjisi sərf edir və soyuducunuzun yararlılıq müddətini qısaldır. Belə ki, daimi işə salınma, maksimal dövriyyədə işləmə və sonrakı söndürülmə kompressorun daha tez sıradan çıxmasına və elektrik enerjisinə olan xərclərin artmasına səbəb olur.

Adi soyuducu kompressorlarından fərqli olaraq Samsung şirkətinin rəqəmsal idarəli invertor kompressorları daimi işə salınma və söndürülmə olmadan soyuducunun daxilindəki temperaturu sabit saxlama qabiliyyətinə malikdir.

Siz lazımi temperaturu təyin etdikdən sonra kompressor maksimal dövriyyədə çalışır, daha sonra ekonomik rejimə keçərək fəaliyyətini dayandırmadan soyuducunun daxilindəki temperaturu bərabər səviyyədə saxlayır.

Bu tip rəqəmsal idarə sistemi soyuducu daxilindəki temperaturu qorumaqla qalmayaraq kompressorun aşınmasını azaldırsəs səviyyəsini az tutur və kompressorun etibarlılığını yüksəldir.

Soyuducu yüksək dövriyyələrdə çalışaraq elektrik enerjisini boşa sərf etmir, sadəcə ona verilən temperaturu bərabər səviyyədə saxlamağa enerji sərf edir.

İndi soyuducunuz sizə daha uzun müddətdə xidmət edərək daha az enerji sərf edəcək.

Samsung soyuducuları haqqında ətraflı məlumat əldə etmək və soyuducuları almaq üçün Samsung şirkətinin rəsmi dilerləri - Baku Electronics, Kontakt Home, MAXI.AZ və rəsmi Samsung brend mağazalarına müraciət edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/483635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR