Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb

Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb
12:07 27 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın hökumət qüvvələri ölkənin cənubundakı Hilmənd vilayətində "Taliban" radikal hərəkatının 50-dən çox yaraqlısını öldürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, həm Quru Qoşunlarının, həm də aviasiyanın iştirak etdiyi əməliyyat bir həftədən çoxdur davam edir. Hərbçilərin əsas hədəfi yaraqlıların Laşkargah, Nad Əli və Nehr-e-Siraj qəzalarındakı dəstələri olub.
Qeyd edək ki, son zamanlarda Əfqanıstan şərq və cənub vilayətlərində - Lövgər, Nəngarhar, Hilmənddə, eləcə də ölkənin şimalında - Kunduz, Cövzcan və Pərvan vilayətlərində ekstremistlərin mövqelərində əhəmiyyətli güclənmə hiss olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistan-ordusu-olkenin-cenubunda-50-den-cox-talib-yaraqlisdini-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR