Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır

Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır
12:07 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək. 
Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Emil Məhəbbət oğlu Məmmədova məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-qeyri-bank-kredit-teskilati-dollarla-istiqraz-buraxir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR