Qərbə böyük hücum olacaq – KƏŞFİYYATDAN SOS

Qərbə böyük hücum olacaq – KƏŞFİYYATDAN SOS
12:18 27 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının döyüşçüləri Qərb ölkələrinə hücumları planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatına istinad edən ABŞ-ın Suriya və İraqdakı qoşunlarının komandanı, general-leytenant StivenTaunsend bildirib.

“Biz bilirik ki, onlar nəsə planlaşdırırlar və bu hücumlar ölkə xaricində olacaq. Bilirik ki, hücum planları Suriyanın Rakka şəhərində hazırlanır. Buna görə də Rakkaya kifayət qədər tez çatmalıyıq”, - o, deyib.

General əlavə edib ki, terrorçuların hücumları nə vaxt təşkil edəcəyi barədə dəqiq məlumat yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR