Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fuad Poladov istefa verməyib" - rəsmi açıqlama

"Fuad Poladov istefa verməyib" - rəsmi açıqlama

Date: 27 October 2016 12:21

Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, F. Poladov hazırda teatrda fəaliyyətini davam etdirir:

“Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb.

Fuad Poladov teatrda hazırda fəaliyyətini davam etdirir. Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.


Tags:  Fuad Poladov istefa verməyib rəsmi açıqlama

RƏYLƏR


Top news