"Bütün qadınlar pis ola bilməz axı..." - Faiq Ağayevlə müsahibə

"Bütün qadınlar pis ola bilməz axı..." - Faiq Ağayevlə müsahibə
12:41 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artistindən qadınlara (08 Mart 2017 10:51)

Azərbaycanın xalq artisti Faiq Ağayev “Report”a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Son iki-üç ildir efirdə az görünməyinizin səbəbi nədir? Bu müddət ərzində şou-biznesdəki vəziyyəti necə təsvir edə bilərsiniz? Hansısa dəyişikliklər müşahidə etmisinizmi?

- Mənim səssizliyə çəkilməyimlə bağlı qənaətə hardan gəldiyinizi bilmirəm. Sonuncu “VIDA” adlı konsertim 2012-ci ildə olu. Bu dörd il ərzində ildə 4-5 mahnı ilə tamaşaçı, dinləyici qarşısına çıxırdım. Yəni bu müddət ərzində azı 6-8 hit mahnım çıxıb. Ötən il “Səs Azərbaycan” yarışmasında ustad münsif qismində iştirak edirdim, həyatımda çox gözəl təcrübə idi. Əvvəlki kimi sıx şəkildə televeziyalara çıxmamağımı nəzərdə tutursunuzsa, bu da bizim maraqlı telelayihələrimizin az olması ilə bağlıdır. Buna da səssizliik deməzdim. Kənardan apardığım müşahidələrə əsasən şou-biznesdə nisbi sakitçilikdir. Keyfiyyətliləri çalışır. Bu illər ərzində maraqlı, ürəyə yatımlı mahnılar eşitdim. Lakin təəssüf ki, hamının diqqətini çəkən, sözün yaxşı mənasında səs-küylü layihə də ortaya çıxmadı. Lakin sənət dalğavaridir, bunun enişi də, yüksəlişi də var.

- Ancaq dörd illik fasilədən sonra yenidən konsert vermək qərarına gəldiniz. Cari ilin dekabrında Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konsertdə nə kimi yeniliklər olacaq? Axı konsertiniz həm də yubileyinizə təsadüf edir...

- Hər kəsi ənənəvi “F.A” keyfiyyətli bir şou gözləyir. Konsertlər ta qədim zamanlardan bu günə kimi eyni qaydada “biçimlənir”. Müğənni səhnəyə çıxır, öz ifaları ilə tamaşaçını feyziyab edir. Üstəgəl, aktyorluq qabiliyyəti də varsa, səhnədən tamaşaçılarına aktyor kimi də müraciət edir. Konsert “F.A made in Azərbaycan” adlanır və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Sadəcə, konsertim həm də yubiley sayılacaq yaş həddimə təsadüf edir. Konsertimin adını hələ avqust ayından fikirləşmişdim. Prezident İlham Əliyev “Made in Azərbaycan” brendinin dəstəyi barədə qərar qəbul edəndən sonra isə artıq öz töhfəmi verdiyimi düşündüm.

Bu il konsertdə 23 mahnı səslənəcək. Onun 8-i yeni mahnıdır. İkisi artıq dinləyicilər tərəfindən eşidilib. Bunun biri “Uşaq kimi”, digəri isə qədim talış xalq mahnısı “Zanqeyarim”dır. Bundan başqa, 90-cı illərdə ifa etdiyim hitlərimin yeni versiyaları olacaq. Çünki tamaşaçılarımızın yeni nəsil nümayəndələri əvvəlki mahnılardan əfsus ki, bixəbərdilər. Həmin mahnılara insanın heyfi gəlir, ona görə də o bəstələri yeni versiyada səsləndirəcəyəm. Eyni zamanda, “Uşaq kimi” mahnısının bəstəkarı Rabil Səfərli, "Eurovision” mahnı yarışmasının iştirakçısı Səbinə Babayeva mənim üçün mahnı yazıblar. Bundan əlavə, daha iki yenisi var.

Hazırda konsertlə bağlı işlər öz axarında davam edir. İndi rəqslərinin üzərində iş gedir. Həmçinin, səhnə dekoru barəsində son qərara gəldik. Yerli müğənnilərin Heydər Əliyev Sarayında belə bir dekorasiyası heç vaxt olmayıb. Dünya standartlarına uyğun dekor işləmişik. Bolluca musiqi kefi olacaq konsertdə, köhnə mahnılarımı da ifa edəcəyəm. Xüsusi olaraq şou üçün iki video hazırlanır. Hər kəsi konsertimə dəvət edirəm. Həm konsertimə gələ, həm də ad günümü təbrik edə bilərsiniz. Biletlər də artıq satışdadır və qiymətlər də çox münasibdir. Yəni hazırda Bakıda keçirilən bütün konsertləri nəzərdən keçirsək, ən ucuz biletlər mənim konsertimədir. Belə ki, biletin qiyməti 20-120 manat arasında dəyişir.

- Niyə məhz “Uşaq kimi”...? Bu adı seçməkdə məqsəd nə idi?

- “Uşaq kimi” mahnısının adını özüm seçmişəm. Mətndə deyilir ki, “hər deyilən sözlə oynasaq uşaq kimi, onda bizdə bir şey alınmaz”. Əslində bəzən uşaq kimi qalmaq lazımdır. İnsan həssaslığı, sevgiyə ehtiyac uşaqlıqda daha kəskin olur. Lakin uşaq kimi inad edib münasibətləri korlamaq da düzgün deyil. Mətndən başqa cür ad da çıxara bilmədim, çünki “Uşaq kimi” daha uyğun idi. Hətta bu mahnı ilə bağlı qeyri-peşəkarlar arasında müsabiqə də elan etmişəm. Onlar mahnını ifa edib video çəkirlər. Sosial şəbəkələrdə adımı “tag” edib, #ushaq_kimi haştaqı ilə paylaşırlar. Daha sonra videonu 055 220 37 74 nömrəli "Whatsapp" nömrəsinə göndərirlər. Həmin videoların hamısına şəxsən özüm baxıram. Bu ayın sonunda qalibi elan edəcəyəm, onu hədiyyə olaraq planşet gözləyir.

- Xarici ölkələrin şou-biznesinə qoşulmaq arzunuz varmı? Çünki bir çox sənətçilərimiz məhz Türkiyə şou-biznesinə maraq göstərir...

- Konsertimin adı da “F.A made in Azərbaycan”dır. Bu həm də onun mesajıdır ki, bu torpağın məhsulu, bu məmləkətin müğənnisi məhz Azərbaycan üçün olmalıdır. Mən nə Rusiya, nə Türkiyə, nə də digər ölkəyə köçməyəcəyəm. Xəyalpərəstlikdən uzaq olaraq deyim ki, həmin ölkələrin şou-biznesi də çox qəddardır və heç kimi “göydən zəmbildə düşmüş” kimi qəbul etmir. İfaçılarımız orada nə qədər şöhrət qazansalar da, məşhurlaşmaq üçün buraxdıqları sərmayələrini kəssələr, dərhal həmin bazardan iraq düşəcəklər. Azərbaycanda isə vəziyyət tam əksinədir. Ən bariz nümunə - Mananadır. Biz onu bu sahəyə qonaqpərvərliklə buraxdıq, artıq Azərbaycanın əməkdar artistidir. Nə Türkiyə, nə də Rusiya şou-biznesi buna meylli deyil. Bir daha deyirəm, mən heç bir ölkəyə köçməyəcəm, məhz Azərbaycanda qalacağam.

- Sosial şəbəkədən fəal istifadə edən birisiniz. Ancaq bəzi həmkarlarınız çox vaxt paylaşımları ilə tənqid hədəfinə tuş gəlir. Bu cür paylaşımlara münasibətiniz necədir? Siz daha çox hansı paylaşımlara önəm verirsiniz? Ümumiyyətlə, paylaşımların mövzusu nə olmalıdır?

- “Facebook”da iki səhifəm var. Biri şəxsi, digəri isə fan-səhifədir. Fanlarım üçün olan səhifədə yalnız sənətimlə bağlı xəbərlər, foto və videolardır. Şəxsi profilimdə həm sənət xəbərləri, həm də özəl fikirlərim yer alır. 2009-cu ildən fəal “Facebook” istifadəçisiyəm. Bu günə qədər heç bir paylaşımım sərt reaksiyaya səbəb olmayıb. İstənilən dünya ulduzlarının səhifələrinə baxanda da görmək olar ki, ilk növbədə sənətlə bağlı paylaşımlar olur. Daha sonra ətrafımızda baş verən hadisələrə münasibət bildirmək olar. Çünki sənət insanları da cəmiyyətin bir üzvüdür. Məşhurluğundan sui-istifadə edib, boş-boş yazılar dərc etmək lazım deyil. Bu qaydaya riayət olunarsa, kiminsə yazdığı tənqid olunmaz.

- Sənətçilərimiz ən çox istifadə etdikləri “İnstagram”da paylaşımları çox vaxt tənqidlərə məruz qaldığından izləyicilərin onlara rəy yazmaq imkanını əllərindən alırlar. Sizcə, bu nə dərəcədə düzgündür?

- Heç kim kiminsə fikir bildirmək hüququnu əlindən almır. Bu söz azadlığına qəsd kimi qəbul oluna bilməz. Hər bir şəxs öz səhifəsində istədiyi rəyi yaza bilər. Bu funksiya təkcə Azərbaycan üçün yox, bütün dünya üçün fikirləşilib. Hərdən elə ağılasığmaz, köklü şəkildə aidiyyəti olmayan rəylər yazırlar ki, orada heç nə yazılmasa, daha yaxşı olar. Yoxsa bunu "mənim haqqımı əlimdən aldılar" kimi başa düşməsinlər. Yəni normaldır. Rəy yazmağın məhdudlaşdırılması bir növ yerini bilməyənlərdən, tərbiyəsizlərdən qorunmağın bir sığortasıdır. Əslində “İnstagram”a o qədər də meylli deyiləm, çünki ora yalnız şəkil paylaşmaq üçündür. “Twitter”dən də az istifadə edirəm, səbəbi isə yazılan dərclərdə söz limiti olmasıdır. “Facebook” mənim üçün əlverişlidir.

- Mütaliəni sevdiyinizi bilirik. Bəs ən çox hansı janrda yazılmış əsərlərə müraciət edirsiniz?

- Uşaqlıqdan mütaliəni çox sevirəm. Əgər ümumiləşdirsək, mənim üçün incəsənətdə cəmi iki janr var - maraqlı və maraqsız. Maraqlı olanları sevirəm. Oxuduğum kitablar arasında tarixi, detektiv, fantastikaya aid olan əsərləri daha çox bəyənirəm. Ən əsası isə gərək mövzu diqqətimi çəksin. Kitabı alarkən onsuz da qısa məzmunla tanış oluram. Əgər tanıdığım yazardırsa, təbii ki, onun yanaşmasını bilirəm və daha rahat oluram. Kitablarda hansısa janra üstünlük vermək kimi xasiyyətim yoxdur.

- Ümumiyyətlə, ay ərzində kitaba nə qədər pul xərcləyirsiniz?

- Kitaba nə qədər pul xərclədiyimi dəqiq deyə bilmərəm. Çünki hər ay kitab almıram. Adətən, kitabları birdəfəlik alıram. Xarici səfərlərdən dönəndə yükümün ağır olmasının səbəbi məhz kitablardır. Hərdən zarafatla deyirəm ki, "kitabları kiloqramla alıram". İlə təxminən 8-15 kitab oxuyuram.

- Bəs heç olub ki, nə vaxtsa oxudunuz əsərlərin qəhrəmanı və ya müəllifi ilə görüşüb əsəri müzakirə etmək istəyində olasınız?

- Belə bir istəyim olmayıb. Bəlkə də məşhurluq nədir bilirəm deyə. Sadə tamaşaçının ürəyində belə arzu ola bilər. Bir-iki dəfə sevdiyim əsərlərin müəllifləri ilə görüşmüşəm. Çingiz Abdullayevlə münasibətlərimiz çox səmimi, qarşılıqlı hörmətə əsaslanır. Onun qələminin fanatıyam. Aqil Abbasla çox yaxşı münasibətdəyəm. Müəlliflərlə görüşsəm də, heç vaxt onlarla kitabın süjeti barəsində danışmamışam.

- Kitabları oxuduqdan sonra kiməsə hədiyyə edirsiniz, yoxsa "onların məndə özəl anlamı var" deyib evdə saxlayırsınız?

- Mənim üçün evdə kitabxana anlamı yoxdur. Evdə kitab saxlamıram. Çünki kitabı oxuyub qurtarandan sonra evdə saxladınsa, deməli, onu dəfn edirsən. Kitab yaşamalıdır. Kitablarımı zaman-zaman hədiyyə edirəm, yaxud da məhkumlara çatdırıram. Kitab paylaşdıqca yaşayır. Bu zaman həm müəllifin ruhu sevinir, həm də kitabın yazılma məqsədi yaşayır.

- Bu həyatda “hər şeydən vaz keçərəm” dediyiniz kimsə var?

- Zənnimcə, heç kimin həyatında elə insan yoxdur. Məsələn, anama görə məcazi və hərfi mənada dağları aşaram. Lakin həyat hərdən insanın qarşısına elə kəskin şərtlər qoyur ki, fikirləşdiklərinlə etdiklərin üst-üstə düşmür. Allah heç kimi bu vəziyyətə salmasın ki, illər boyu qazandıqlarını bir şəxsə görə itirmək məcburiyyətində qalsın.

- Faiq Ağayevi sənətdən və ya həyatdan nə küsdürə bilər?

- Kimsə məni nə sənətdən, nə də həyatdan küsdürə bilməz. Sadəcə, insanı nədənsə usandıran məqamlar olur. Lakin bu o demək deyil ki, sən dərhal qanadlarını büküb, kənara çəkiləsən. Məsələn, həyatda tərbiyəsizliyi qəti sevmirəm. Bu mənə olmazın qıcıq verir. Eyni zamanda, sənətdə qeyri-peşəkarlığı sevmirəm. Amma bu mənə əsas vermir ki, sənətimə və həyatıma küsüm. Həyata və sənətə olan eşqim çox güclüdür.

- Bəllidir ki, qadınlar hansısa çətin vəziyyətdə olanda ağlamaqla dərdini yüngülləşdirə bilər. Lakin kişilər belə etmir. “Kişilər ağlamamalıdır” anlayışı nə dərəcədə düzgündür?

- Qadınlar daha emosional olur. Məcazi mənada iki tərs mütanasib "yadplanetli" (qadın və kişilər) bir planetdə yaşayır. Kişilər daha çox məntiqə fikir verir, qadınlar isə emosiya ilə yaşayır. Bu iki varlığın vəhdəti çox maraqlıdır. Cəmiyyətlərin qoyduğu bir anlayış var, "kişi zarımaz, ağlamaz", o, sadəcə özünü toparlayıb, qələbəyə doğru gedər. Qadına zəiflik icazəlidir, buna görə də zərif məxluq adlandırılır. Halbuki qadınlar elə əziyyət çəkir ki, kişilər belə bunu çəkə bilməz. Təbii ki, əksinə də olur. Kişilərin bu mövzuda çıxış yolları çoxdur. Kişilər stresslərini xanımlardan fərqli olaraq idmana getməklə, futbola baxmaqla, dostlarla bir araya toplaşmaqla, ova getməklə və digər yollarla atırlar.

- Qadın böyük, yoxsa şər qüvvədir?

- Qadın böyük qüvvədir. Şər qadından da, kişidən də gələ bilər. Məşhur deyim var: "Yaradan insanı məkri-zənandan" qorusun. Mənə elə gəlir ki, bunu deyənlər daha çox pis qadınlarla rastlaşıblar. Ancaq əksər və ya bütün qadınlar pis ola bilməz axı. Onlar ki, bizim analarımız, bacılarımız, həyat yoldaşlarımızdır.

- Mahnılarınızın nəçəsi qadınlara həsr olunub?

- Yəqin, mahnılarımın əksəriyyəti qadınlara həsr olunub, çünki çoxu məhəbbətə aiddir. Mahnılarımın cəmi 5-10 faizi digər mövzulara aid olub.

- Hansısa filmdə, ya da kinoda özünüzü sınamaq istəyərdiniz?

- Təhsilimi aktyorluq üzrə almışam. Belə ki, Mədəniyyət və İncəsənət Universitetini musiqili teatr aktyoru kimi fərqlənmə diplomu ilə bitirmişəm. El dili ilə desək, aktyorluq "qurdu"mu kliplərimdə öldürmüşəm. Filmlərdə və ya seriallarda təklif almamağıma gəlincə, yəqin ki, rejissorlarımız qonorarımdan qorxurlar (gülür). Çünki digər səbəb görmürəm. Aktyor kimi fəaliyyətimi bütün rejissorlar tərifləyirlər. Etiraf edək ki, Azərbaycanda kino sahəsi yeni-yeni dirçəlməyə başlayır. Sovet vaxtında olan məktəb, həmin aktyorlar artıq yoxdur. İnkişaf üçün zaman lazımdır. Əfsus ki, sovet vaxtında əldə etdiyimiz təcrübəni lazımsız bir şey kimi kənara atdıq. Təəssüf ki, hələlik maraqlı təklif gəlməyib. Halbuki kinoda, filmdə rol almaq ən böyük istəklərimdən biridir.

- Sizin çevrənizə yaxın dura bilməyəcək insan tipi var?

- Yalançı birini, eləcə də maşın, ev, geyim və digər əşyalarla insana qiymət verən şəxsləri yaxınıma buraxmaram. Eyni zamanda, vəfalı və etibarlı olmayan biri də yanımda ola bilməz.

- Faiq Ağayevin qorxusu və fobiyası nədir?

- Əvvəllər yüksəklikdən qorxurdum. Çünki 28 yaşıma qədər birinci mərtəbədə yaşamışam. Müstəqil yaşamağa başlayanda üçüncü, doqquzuncu, onuncu mərtəbədə yaşadım. İndi göydələnə belə çıxıb, rahat aşağı baxa bilərəm. Yəni artıq qorxum qalmayıb. Kəskin fobiyam yoxdur. Bəlkə də ən böyük fobiyam haqsız olaraq nədəsə ittiham olunmaqdır. Ona görə də hər zaman danışığıma və hərəkətimə fikir verirəm.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37