Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavini: “Bəzi şəxslər Azərbaycandakı meşələrin durumu ilə bağlı xaricə donos yazırlar”

Nazir müavini: “Bəzi şəxslər Azərbaycandakı meşələrin durumu ilə bağlı xaricə donos yazırlar”

Date: 27 October 2016 12:47

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, meşələrin salınmasının intensivliyi hesabına ölkənin meşə ilə örtülü ərazilərinin 11,4 fazidən, 11,8 faziə çatdırılmasına nail olunub: “Yalnız son 8 ildə 4 min hektardan artıq ərazi bərpa edilərək 5 milyon ağac əkilib. Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Ümumilikdə, ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik”.
Nazir müavini qeyd edib ki, bəzi şəxslər Azərbaycandakı yaşıllaşdırma və meşələrin durumu ilə bağlı xaricə donoslar yazırlar: “Guya Azərbaycanda meşələr qırılır. Sovet vaxtı 150 min hektara yaxın sovxoz meşələri olub. Nazirlər Kabinetinin 1995-ci ildə qəbul etdiyi qərara əsasən, həmin meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli idi, amma verilməyib”.
O bildirib ki, Meşə Məcəlləsində dəyişikliklərdən sonra həmin meşələr nazirliyə veriləcək.
V.Əliyev vurğulayıb ki, meşələrin kəsilməsi ilə bağlı nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib, 154 fakt üzrə iş hüquq mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib.

Tags:  Nazir müavini Bəzi şəxslər Azərbaycandakı meşələrin durumu bağlı xaricə donos yazırlar

RƏYLƏR


Top news