Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu səbəbdən "Azdrama"dan getdim" - Fuad Poladov

"Bu səbəbdən "Azdrama"dan getdim" - Fuad Poladov

Date: 27 October 2016 12:51

Xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından verilən "teatrda heç kimə işdən çıxmağıyla bağlı heç nə deməyib" açıqlamasına cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətkar Ölkə.Az-a açıqlamasında bununla bağlı kiməsə müraciət etmək fikrində olmadığını bildirib:

"Rəsmi şəkildə heç kimə müraciət etməmişəm və fikrim yoxdur ki, kiməsə rəsmi şəkildə müraciət edim. Teatrdan getməyim isə dəqiq xəbərdir".

F.Poladov bu addımı niyə atmasına da ilk dəfə aydınlıq gətirib:

"Aktyor Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz olaraq "Azdrama"dan getmişəm".

Sənətkar yenidən "Azdrama"ya qayıtmaq ehtimalıyla bağlı suala isə cavab vermək istəməyib.

Xatırladaq ki, bir neçə gün öncə rejissor köməkçisiylə dalaşdığına görə işdən çıxarılan Hikmət Rəhimov F.Poladovun "Azdrama"dan getdiyini açıqlamışdı.


Tags:  səbəbdən Azdramadan getdim Fuad Poladov

RƏYLƏR


Top news