NATO-Rusiya qarşıdurması: əsəblər tarıma çəkilib - FOTO

NATO-Rusiya qarşıdurması: əsəblər tarıma çəkilib - FOTO
12:52 27 Oktyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

"NATO Rusiyanın qərarlarına və addımlarına proporsional reaksiya verərək Baltikyanı ölkələrə və Polşaya çoxmillətli alaylarını yollamaqla şərq cinahını gücləndirir".

Estoniyanın müdafiə naziri Hannes Hanso belə deyib.

Milli.Az European-a istinadən bildirir ki, H.Hansonun sözlərinə görə, Rusiyanın siyasətində son vaxtlar güclənən aqressiv və militarist təmayülləri cavabsız qoymaq olmaz.

"Əfsuslar olsun ki, Rusiyanın hərəkətlərinə adekvat cavab verməlyiik. NATO özü qarşısında vicdanlı olmalı, bütün potensial həssas məqamlara ədalətlə və proporsional cavab verməlidir. NATO "soyuq savaş" illərindəki qarşıdurmaya, tanka qarşı tank, təyyarəyə qarşı təyyarə və ya gəmiyə qarşı gəmi stilindəki zamanlara qayıtmaq istəmir. Lakin Rusiya bir məqamı anlamalıdır: o, hər dəfə "əzələ" nümayişinə başlayanda NATO buna adekvat cavab vermək gücündədir", - Estoniyanın müdafiə naziri söyləyib.

Britaniyanın müdafiə naziri Maykl Fellon isə bəyan edib ki, London Estoniyaya döyüşə tam hazır alay yollayacaq. Alay zirehli texnika, o cümlədən tanklarla təchiz olunacaq.

NATO Estoniya, Latviya, Litva və Polşada 4 alay yerləşdirmək niyyətindədir. Buna cavab olaraq Rusiya hər birində 10 min hərbçi olacaq 3 diviziya yaradacağını və bu diviziyaları Avropa Birliyi ölkələri ilə sərhədlər boyunca yerləşdirəcəyini bildirib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR