Avronun ucuzlaşması Avropa avtomobillərinin ucuzlaşmasına səbəb olacaq

Avronun ucuzlaşması Avropa avtomobillərinin ucuzlaşmasına səbəb olacaq
12:52 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Son zamanlar dünya bazarında avronun ABŞ dollarına qarşı məzənnəsinin 4%-dək ucuzlaşması Avropa İttifaqı ölkələrində istehsal edilən avtomobillərin qiymətinin düşməsinə səbəb olub. 
"Report"un analitik qrupu avronun ucuzlaşmasının davam edəcəyi halda Avropa istehsalı olan avtomobillərin Azərbaycanda da qiymətinin düşəcəyini, bunun da digər ölkə istehsalı olan avtomobillərə də təsir edəcəyini bildirir. 
"Avronun məzənnəsinin yaxın 12 ay ərzində dollarla bərabərləşməsi Avropa istehsalı olan avtomobillərin bu günlə müqayisədə qiymətinin 15%-dək azalmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanda avtomobillərin alqı-satqısı əsasən dollarla aparılır. Lakin ölkəyə idxal olunan avtomobillərə qarşı tətbiq edilən gömrük rüsumlarının 2017-ci ilin əvvəlindən gözlənilən artımı bu qiymət azalmasını bir qədər məhdudlaşdıracaq. Belə ki, rüsumlarda gözlənilən artım avtomobil qiymətlərinin 15% deyil, 7-10% ucuzlaşmasına gətirib çıxaracağı proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/avronun-ucuzlasmasi-avropa-avtomobillerinin-ucuzlasmasina-sebeb-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR