Səfir: "Herbert Zalberin Azərbaycana səfəri konstruktiv oldu"

Səfir: "Herbert Zalberin Azərbaycana səfəri konstruktiv oldu"
12:52 27 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

Onun sözlərinə görə, xüsusi nümayəndə öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək verir, Azərbaycan və Ermənistana mütəmadi səfərlər edir:

"Əlbəttə ki, Avropa İttifaqı üçün hər iki tərəflə təmasda olmaq vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR