Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Date: 27 October 2016 12:57


Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. BOS-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı türk estrad ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan, çıxış edəcəklər.
Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə qeriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq.
Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.
Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.
Konsert proqramın başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar. 

Tags:  Röya Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

RƏYLƏR


Top news