Aşıq Əlinin avtomobili əlindən alındı - video+foto

Aşıq Əlinin avtomobili əlindən alındı -  video+foto
13:01 27 Oktyabr 2016
55 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Əlinin maşınını polis əlindən alıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “5/5” verilişində deyib. Aşıq Əlinin efirdə Səbayıl rayon dövlət yol polis şöbəsinin rəisinin adını çəkməsi qarşı tərəfi əsəbiləşdirib.

Telefonla efirə bağlanan V.Əsədov ifaçının maşınının əlindən alınmasının səbəbini açıqlayıb:

“Aşıq Əlinin efirdə kefinin olmamasının səbəbi Səbayıl rayon dövlət yol polisi tərəfindən avtomobilinin qeyri-qanuni əlindən alınmasıdır. Allah sizi səhnəmizdən əskik etməsin. Mən də sizin pərəstişkarınızam, sənətinizi izləyirəm. Əli Səbayıl rayon dövlət yol polis şöbəsinin rəisi, palkovnik Cəmşid Hənifəyev tərəfindən avtomobili əlindən alınıb, cərimə meydançasına qoyulmasından narazıçılıq edir. Əli müəllim bilir ki, ona məxsus avtomobil vasitəsinin nə kimi yoldan kənarlaşdırlması qərarları var. Sanki yol polisi tərəfindən sənətçiyə haqsızlıq edilib. Burada “460” dövlət nişanlı avtomobildən söhbət gedir. Sizə təltif edilmiş protokoldan bağlı xəbəriniz var. Maşının beş inzibati protokolu, el arasında mmx (mərkəzi məlumat xidməti - red.) kimi tanınan 5 ədəd cərimə sənədləri var, eyni zamanda etibarnaməsiz idarə edilir".

A.Əli əvvəlcə maşının ona aid olmadığını söyləyib:

"Maşın mənim deyil. Qanunlara həmişə hörmət etmişəm. Polislərdən də özümə hörmət görmüşəm".

Daha sonra isə Aşıq Əlinin dəyəri yüz min manat olan ailə avtomobilinin cərimə meydançasına aparıldığı deyilib.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR