Sabahın HAVAsı

Sabahın HAVAsı
13:05 27 Oktyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 28-də səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR