Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hadisə, Demet, Dalkılıc gəlir – Olimpiya stadionunda böyük konsert olacaq

Hadisə, Demet, Dalkılıc gəlir – Olimpiya stadionunda böyük konsert olacaq

Date: 27 October 2016 13:08

Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

BOS-un mətbuat xidmətinin Publika.az-a verdiyi məlumata görə, konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam olunacaq.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.

Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub.

Pərviz Hikmət


Tags:  Hadisə Demet Dalkılıc gəlir Olimpiya stadionunda böyük konsert olacaq

RƏYLƏR


Top news