Dünən Facebook-dakı bir neçə populyar səhifə Beynəlxalq Kosmik Stansiyadan (BKS) canlı yayım paylaşmışdı. Görüntülərdə kosmonavtların açıq kosmosa çıxdıqları əks olunmuşdu.
Milli.Az Mashable-a istinadən bildirir ki, dünən bu "canlı yayım"a 50 milyondan artıq insan baxıb.
Amma sən demə, bu canlı yayım fırıldaqmış.
Facebook-dakı populyar UNİLAD, Viral USA və INTERESTINATE səhifələrindəki "canlı yayım"a yüz minlərlə şərh yazılıb, milyonlarla "like" edilib.
Lakin ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyinin (ESA) və digər müvafiq təşkilatların heç birinin rəsmi saytında belə translyasiya barədə bir kəlmə də olmayıb. Halbuki BKS-dən canlı yayım olanda, yaxud kosmonavtlar açıq kosmosa çıxmağa hazırlaşanda bu barədə günlər əvvəl rəsmi anonslar edilirdi.
Dünən yayılan video isə rusiyalı kosmonavtlar Oleq Kotov və Sergey Ryazanskinin 2013-cü ildə açıq kosmosa çıxdığı anların görüntüləri idi.
Milli.Az