“Elxan Abdullayevi “Neftçi”yə AFFA göndərməyib” – federasiya rəsmisi

“Elxan Abdullayevi “Neftçi”yə AFFA göndərməyib” –  federasiya rəsmisi
13:17 27 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan matçdan sonra təyinatı ilə bağlı önəmli açıqlama verdi. 46 yaşlı mütəxəssis bu postun AFFA tərəfindən ona həvalə olunduğunu etiraf etdi.


“Bəli, məni bura AFFA göndərib. "Neftçi" kömək üçün AFFA-ya müraciət etmişdi, onlar da məni göndərdi" – məsələyə bu cür aydınlıq gətirən Abdullayev, onun konkret kim tərəfindən paytaxt klubuna ezam edildiyini söyləmədi.


Məlum olduğu kimi, Elxan Abdullayev “Neftçi”nin baş məşqçisi olmaqla yanaşı, milli komandada Robert Prosineçkinin köməkçisi qismində də fəaliyyət göstərir.


Bu səbəbdən, həmin şəxsin kimliyinə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Assosiasiya rəsmisi məsələyə bu cür münasibət bildirdi: “Elxan Abdullayevi “Neftçi”yə AFFA-dan niyə göndəriblər ki? AFFA heç bir kluba baş məşqçi göndərmir. Klub müstəqil qurumdur, özünün Müşahidə Şurası var. Konkret olaraq bunu deyə bilərəm ki, AFFA heç bir kluba baş məşqçi təyin etmir. Nə də təklif etmir”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elxan-abdullayevi-neftciy-affa-gondrmyib-t53676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR