Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Boz kardinal” işdən çıxarıldı

“Boz kardinal” işdən çıxarıldı

Date: 27 October 2016 13:23

Qırğızıstan prezidenti Almazbek Atambayev müşaviri İkramjan İlmiyanovu vəzifəsindən uzaqlaşdırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Fərmanda deyilir ki, qərar İkramjan İlmiyanovun başqa işə keçirilməsi ilə əlaqədar qəbul edilib.

İkramjan İlmiyanov prezidentin bütün siyasi karyerası boyunca Atambayevin yanında olub və onun ən yaxın adamlarından hesab olunurdu. Qırğızıstanda onu “boz kardinal” adlandırırlar.

Ömər Dağlı



Tags:  Boz kardinal işdən çıxarıldı

RƏYLƏR


Top news