Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Date: 27 October 2016 13:26

Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
 
Axşam.az bildirir ki, BOS-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionunun saytından və sosial şəbəkələrin rəsmi səhifələrdən əldə etmək olar.


Tags:  Röya Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

RƏYLƏR


Top news