Ersan Sarıkahya: “İraq türkmənlərinin dərdinə ana yurdumuz Azərbaycandan başqa yanan yoxdur” - KƏRKÜKDƏ SON DURUM

Ersan Sarıkahya: “İraq türkmənlərinin dərdinə ana yurdumuz Azərbaycandan başqa yanan yoxdur” - KƏRKÜKDƏ SON DURUM
13:39 27 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

“Mosul və Kərkük türkmənlərin çoxluq təşkil etdiyi şəhərlərdir. Biz türkmənlər istər ərəb olsun, istər kürd olsun, bu şəhərlərdə yaşayan hər millətdən insanı qəbul etmişik. Kiməsə məzhəbinə, irqinə görə düşmən kimi yanaşmamışıq. Bu gün İraqda məzhəb davası gedir, amma türkmən şəhərlərində məzhəb zəminində bir hadisəyə belə rast gəlmək olmaz”. Bu açıqlamanı APA TV-yə “Türkməneli” televiziyasının Ankara təmsilçisi Ersan Sarıkahya deyib.
 
Kərkükdə baş verən son prosesləri dəyərləndirən həmkarımız türkmənlərin məzhəb davasına sürükləndiyini deyib: “Bir tək günahımız var - Şiə türkmən olmağımız. Kərkükün içində türkmənlərə qarşı qətliam həyata keçirilir. 155 şəhid var. Türkməneli televiziyasının xəbər müdiri öldürülüb, direktoru və yerli türkmən televiziyasının direktoru yaralanıb. İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihinin qardaşı oğlu İŞİD tərəfindən qaçırılıb. Sonra Mosul tərəfdə yaralı vəziyyətdə tapılıb. Türkmən vilayət milli təhsil müdirliyi bombalanıb. Ata yurdumuz olan Azərbaycandan başqa nə millət vəkilləri bu məsələni ictimailəşdirir, nə dünya mətbuatı. Təkcə Azərbaycan türkmənlərin yanındadır. Bu gün biz yalnız qalmışıq”.
 
Ersan Sarıkahya Kərkükün başqa şəhərlərdən ciddi şəkildə fərqləndiyini deyib: “Ətrafda neft quyuları var. Quyuların ətrafı isə düzənlikdir. Kərkükə bağlı sünni ərəb kəndi var - Havıca. Bu kəndin sakinləri İŞİD-i müdafiə edir. Kərkükə bağlı bu kəndin sakinləri daha öncədən Səddam tərəfdarı olaraq bilinirdi. Ancaq indi bu təşkilata qucaq açıb. Türkiyənin qırmızı cizgisi var. Mosul və Kərkük”.
 
Həmkarımız PKK terror təşkilatının son aylar Kərkükdə aktivləşdiyini deyib: “Artıq 3-4 aydır PKK Kərkükdə qol gəzdirir. Mitinqlər, yürüşlər keçirirlər. İbadi hökuməti zatən yatıb qalxır. Kərkükə nəzarət edə bilmir. Təhlükəsizlik problemi var. Buna görə də PKK rəsmi binaların divarlarına şüarlarını yazır.  Qərargahları var. O qərargahların dəfələrlə fotolarını, videolarını paylaşdıq. Ancaq heç bir səs çıxmadı”.
 
Ersan Sarıkahya türkmənlərin sünni-şiə olaraq parçalanması xəbərlərinin yalan olduğunu deyib: “Həmişə deyirlər ki, türkmənlər öz aralarında bölünübdür. Xeyr, belə bir şey yoxdur. Mənim babam şiədir, nənəm sünnidir. Əgər babam məzhəb ayrı-seçkiliyi etsəydi nənəm indi sünni olmazdı. Bütün İraq türkmənləri birlik içindədir. Bizim türkmənlər “Haşdi Şəbi” içində ola bilər, İraq ordusu içində ola bilərik. Biz altı dövlət quran toplumuq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR