Türkiyəli ulduzlar Bakı Olimpiya Stadionunda

Türkiyəli ulduzlar Bakı Olimpiya Stadionunda
13:47 27 Oktyabr 2016
17 İdman
Ölkə mətbuatı
A- A+


31 dekabr tarixində Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. 


Fanat.Az xəbər verir ki, konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam olunacaq. 


Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq. 


Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. 


Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiyli-ulduzlar-bak-olimpiya-stadionunda-t53677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR