Rasim Balayevdən Fuad Poladova: “Əcəb eləyib...”

Rasim Balayevdən Fuad Poladova: “Əcəb eləyib...”
13:48 27 Oktyabr 2016
508 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış aktyor Rasim Balayev həmkarı Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə görə təəssüf hissi keçirdiyini bildirib.

Publika.az-a açıqlama verən R.Balayev hesab edir ki, o haqlı qərar verib: “Fuad Poladov böyük aktyordur. Şəxsiyyəti, ləyaqəti, xarakteri olan insandır. O elə-belə, düşünülməmiş qərar verən adam deyil. Gör hansı həddə çatıb, daha doğrusu, onu hansı həddə çatdırblar ki, istefa verib. Əcəb eləyib. Fuad Poladov heç nə itirmədi, itirən teatr oldu. Bunlar başa düşmürlər ki, o cür sənətkarları qorumaq, üstündə əsmək lazımdır e…”

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR