Millət vəkili beynəlxalq tədbirdə çıxış edəcək

Millət vəkili beynəlxalq tədbirdə çıxış edəcək
13:53 27 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq.

Bu barədə Publika.az-a Milli Məclisdən məlumat verilib.

Məlumata görə, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək.

Deputat Əli Məsimli də müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR