Taekvondo üzrə gənclərdən ibarət milli komandamız dünya birinciliyi öncəsi son yarışa qatılmaq üçün bu gün Serbiyaya yola düşür.
Publika.az xəbər verir ki, təlim-məşqləri başa vuran gənc yığmamız G1 kateqoriyalı beynəlxalq yarışda 12 idmançı ilə təmsil olunacaq.
Belə ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Serbia Open” açıq birinciliyində oğlanlardan -45 kq çəki dərəcəsində Bəhruz Quluzadə və Ayaz Qənbərli, Cavid Məmmədov (-48 kq), Qaşım Maqomedov (-55 kq), Əli Məmmədov (-59 kq), Nicat Musayev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), qızlardan isə Mehriban Məmmədova (-42 kq), Aliyə Zeynalova (-44 kq), Nərgiz Mirzəyeva (-46 kq), Leyla Məmmədova (-52 kq) və Diana Hacəliyevaya (-55 kq) şans verəcək.
29-30 oktyabr tarixlərində təşkil edilən və sayca 15-ci olan açıq birincilik Belqrad şəhərinin “Pionir” idman arenasında keçiriləcək.
Nəzərinizə çatdıraq ki, gənc millimiz 16-20 noyabr tarixlərində Kanadada təşkil eiləcək gənclər arasında dünya birinciliyinə qatılacaq. Gənc millimiz 31 oktyabr tarixində vətənə dönəcək.
Pərviz Hikmət