Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rusiya və İransız mümkün deyil"

"Rusiya və İransız mümkün deyil"

Date: 27 October 2016 14:05

Suriyada mövcud münaqişəni İran və Rusiyasız nizamlamaq mümkün deyil.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, Rusiya və İranın danışıq prosesindən kənarlaşdırılması yeni problemlərin yaranmasına səbəb ola bilərdi: "Onlar olmadan sazişin bir hissəsi olmaq, yeni problemlərin yaradılması deməkdir. Suriya münaqişəsinin siyasi yolla həll edilə biləcəyinə hələ də inanıram. Baxmayaraq ki, bu elə də asan məsələ deyil".

ABŞ diplomatı ölkəsinin Suriyadakı münaqişənin diplomatik yolla həll edilməsi üçün səylər göstərməkdə davam edəcəyini bəyan edib: "Əminəm ki, biz bu böhrandan çıxış yolunu tapacağıq. Bu problemi yalnız qaçqınlara dəstək üçün "çek" imzalamaqla həll etmək olmaz. Qaçqın axınını dayandırmaq lazımdır. Bunun üçün hərtərəfli diplomatik səylərin göstərilməsi lazımdır. Bu bizim qarşımızada duran ən çətin məsələdir".

Milli.Az


Tags:  Rusiya İransız mümkün deyil

RƏYLƏR


Top news