Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pedaqoji Universitetdə bədbəxt hadisə

Pedaqoji Universitetdə bədbəxt hadisə

Date: 27 October 2016 14:13

Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

ADPU-də təhsil alan Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazimqızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb.

Nəticədə, T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.

20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin tökülməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Tags:  Pedaqoji Universitetdə bədbəxt hadisə

RƏYLƏR


Top news