Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya çempionatında zəlzələ şoku

İtaliya çempionatında zəlzələ şoku

Date: 27 October 2016 14:22

İtaliya çempionatının X turu çərçivəsində keçirilən "Peskara" - "Atalanta" oyunu zamanı zəlzələ baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 5,5 ballıq zəlzələ matçın qısa müddətə dayandırılmasına səbəb olub.  

Paytaxt Romaya yaxın ərazidə baş verən zəlzələ "Peskara" - "Atalanta" matçında da hiss edilib. Hadisə meydanda olanları və tribunalara toplaşanları qorxuya salıb. Nəticədə qarşılaşma 2 dəqiqəlik dayandırılıb.
 
Daha sonra isə oyun davam etdirilib.
 
Qeyd edək ki, qarşılaşma "Atalanta"nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. 

Milli.Az


Tags:  İtaliya çempionatında zəlzələ şoku

RƏYLƏR


Top news