Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda yol sürüşdü

Lənkəranda yol sürüşdü

Date: 27 October 2016 14:23

Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Lənkəran rayonunda sürüşməyə səbəb olub.

Rayon mərkəzindən 25-30 km aralıda yerləşən kəndlərinə aparan yolda sürüşmə baş verib. Belə ki, dağlıq relyefdə yerləşən bu yol el arasında Biləsər yolu kimi tanınır. Təxminən 3 min əhalinin məskunlaşdığı bu ərazidə Daştatük, Biləsər, Alazəpin Seliqəvola və Bəlet kəndləri yerləşir.

Sakinlərin bildirdiyinə görə, yol 5 istiqamətdə çöküb. Hərəkət məsafəsi 3 metr olan yolun eni bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 metrə qədər azalıb. Nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaranıb. Eni daha az olan yerlərdə sürücülər təhlükəli manevr etməklə yolu keçirlər. Bu halın bir həftədir davam etdiyini söyləyən sakinlər yolla bağlı problemləri olduğundan yerli idarəetmə qurumlarının da xəbərdar olduqlarını söyləyirlər. Lakin hələlik problem qalmaqdadır. (report)


Tags:  Lənkəranda yol sürüşdü

RƏYLƏR


Top news