“Respublika” qəzetindən Mikayıl Cabbarova CAVAB: "Özünü reklam etmək istəyirsə..."

“Respublika” qəzetindən Mikayıl Cabbarova CAVAB: "Özünü reklam etmək istəyirsə..."
14:23 27 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib.

Elə bu gün Təhsil Nazirliyinin Mətbuat xidmətindən qeyd olunan yazının təhsil naziri Mikayıl Cabbarova aid olmadığı bildirilib.

Qeyd edilib ki, yazının hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.

Nazirliyin məlumatı olmadan belə bir yazının qəzetdə necə dərc edilməsi ilə bağlı “Respublika" qəzeti ilə əlaqə saxladıq. Qəzetin baş redaktor müavini Hümmət Musayev Publika.az-a bu yazı barədə nazirliyin məlumatlı olduğunu dedi: “Respublika” qəzeti illərdir fəaliyyət göstərir, dünən yaranmış redaksiya deyil. Kimin materialını necə vermək lazımdır, bunu redaksiya çox gözəl bilir. Kimsə, bugünkü situasiyadan istifadə edib, özünü reklam etmək istəyirsə, getsin başqa şeydən özünə reklam düzəltsin. Bu yazı verilib, bunu nazirlik də bilir, redaksiya rəhbərliyi də. Hər şey necə lazımdırsa, o qayda ilə də verilib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR