Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil qaçırmış şəxs kameraya düşdü

Avtomobil qaçırmış şəxs kameraya düşdü

Date: 27 October 2016 14:24

Siyəzən rayon sakini avtomobil qaçırdığı üçün tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da Sumqayıt şəhəri ərazisindən Siyəzən rayon sakini Orxan Abbasova məxsus “Opel” markalı avtomobil qaçırılıb.

 

Avtomobilin həmin gün Quba rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib.

 

Həyata keçirilimiş tədbirlərlə avtomobil rayonun Dağlı kəndi ərazisində Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və onu idarə edən Siyəzən şəhər sakini, əvvəllər məhkum olunmuş Əzizağa Nadirovla birgə Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilib.


Tags:  Avtomobil qaçırmış şəxs kameraya düşdü


RƏYLƏR


Top news