Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus ediblər

Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus ediblər
14:27 27 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan-Gürcüstan müharibəsi başlaya bilər (20 Aprel 2017 17:28)
Ermənistan üçün “YENİ LAVROV PLANI”: İrəvan buna məcbur edilir (20 Aprel 2017 09:03)
“Putin NATO-su”na erməni baş katib təyin olundu (14 Aprel 2017 14:58)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinə Ermənistan rəsmi dairələri böyük ümidlər bəsləyir, bir sıra geosiyasi və təhlükəsizlik məsələlərində təşkilatın ciddi dəstəyini qazana biləcəklərini gözləyirdilər. Həm də bu görüş Ermənistanın təşkilatda sədrliyinin yekunu idi. Lakin reallıqda proses başqa istiqamətdə getdi. Belarus prezidentinin çıxışı göstərdi ki, Ermənistanın sədrliyi dövründə nəinki hansısa irəliləyiş olmayıb, hətta qeyri-müəyyənlik daha da artıb. KTMT-ni BMT və NATO tanımayıb. Təşkilatın möhkəmlənməsi üçün ciddi iş görülməyib. Milli.Az newtimes.az-a istinadən bildirir ki, bunun əsas səbəblərindən biri isə rəsmi İrəvanın sədrliyi dövründə seçdiyi yanlış prioritetlərdir. Onlar müasir dövrün tələblərinə uyğun deyildi və həyata keçirilməsi mexanizmləri yoxdur. Bu səbəbdən ümumi ifadələrlə kifayətlənən tədbir iştirakçıları nə S.Sarkisyana dəstək ifadə etdi, nə də strateji xarakterli sənəddə rəsmi İrəvanın əsas istəklərini nəzərə aldı. Bütün bunlardan məyus olan S.Sarkisyanın yanında yekun brifinqdə N.Bordyujadan başqa kimsə olmayıb.

Sarkisyanın dolaşıq fikirləri fonunda: Lukaşenkonun həqiqətləri etirafı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin başçılarının İrəvan sammiti haqqında KİV ziddiyyətli informasiyalar yayır. Rusiyanın "Kommersant" qəzeti isə maraqlı məqamlardan bəhs edir. Nəşrin yazdığına görə, tədbir yaxşı alınmayıb. Xüsusilə Ermənistan prezidenti ev sahibinə uyğun qonaqpərvərlik və fəallıq göstərməyib. O əvvəlcə, "yorğun halda bir neçə müəmmalı söz ifadə edib". Tədbirin sonunda isə erməni lider daha pis vəziyyətdə olub. Rusiyalı jurnalist yazır ki, "...sonra cənab Sarkisyan yenə müəmmalı şəkildə, açıq deyək, burnunun altında nəsə mızıldandı və razılaşdırılmış sənədləri imzalamaq istədyirdi ki, hamını..., Belarus prezidenti Aleksandr Lukaşenko xilas etdi".

Və əslində, həmişə orijinal, ədalətli və açıq fikirləri ilə seçilən Belarus lider S.Sarkisyanın "siyasi halsızlığı"nın, passivliyinin və sözləri məntiqsiz ifadə etməsinin səbəbini dediklərində ifadə edib. A.Lukaşenko etiraf edib ki, "müzakirə edilən məsələlər... prezidentlər səviyyəsinə layiq olmayıb". Əlbəttə, bağlı qapılar arxasında tədbir iştirakçılarının söylədikləri konkret fikirlər haqqında söz demək istəmirik. Ancaq həm erməni liderin qeyri-müəyyən və ürəksiz davranışı, həm də Belarus prezidentinin, ümumiyyətlə, KTMT haqqında dediyi bədbin fikirlər belə nəticə çıxarmağa əsas verir ki, İrəvan sammiti S.Sarkisyanın istədiyi kimi keçməyib.

Məsələ burasındadır ki, A.Lukaşenko heç bir ciddi beynəlxalq təşkilatın KTMT-ni tanımaq istəmədiyini açıq söyləyib, o cümlədən BMT bu təşkilata sülh missiyasını yerinə yetirmək səlahiyyəti verməyib və NATO da onu tanımır. Bu biabırçı vəziyyətdən çıxmaq üçün xahiş etmək lazım deyil. Konkret səmərəli fəaliyyət göstərmək gərəkdir ki, bu da hələlik yoxdur.

Maraqlıdır ki, A.Lukaşenko yekun brifinqə də qatılmayıb. S.Sarkisyanın yanında isə N.Bordyujadan başqa kimsə oturmayıb. KİV təşkilatda sədrliyin Belarusa keçməsi fonunda bunu anormal hal kimi qiymətləndirir və qəribədir ki, A.Lukaşenkoya haqq qazandırır. Çünki İrəvana da iştirakçıların hamısı faktiki olaraq könülsüz gəliblər. Hətta Qazaxıstan prezidenti N.Nazarbayev tədbirə qatılmayıb (rəsmi məlumatlara görə ona soyuq dəyib). Bundan başqa, yekun qətnamə qəbul edilməyib və təşkilatın baş katibi seçilməyib. A.Lukaşenko isə Belarusun təşkilatda hansı məsələləri prioritet hesab etdiyi barədə yeni sədr kimi yazılı təqdimat verməyib - o, məsələni sonraya saxlamağı xahiş edib.

Bu qeyri-müəyyənliklər fonunda erməni ekspertlər başqa bir məqamı da vurğulayırlar. Onlar yazırlar ki, İrəvan sammitində Azərbaycanın "nəfəsi" hiss edilirdi. İştirakçılar, obrazlı deyilsə, Azərbaycana "boylanıb" fikir bildirirdilər. Onlar sanki Bakının mövqeyinə uyğun gəlməyən hansısa incəliyin olmasını istəmirdilər.

Strateji fəaliyyət prioritetləri: ümumi mövqenin sönük ifadəsi

Bütün bunların fonunda S.Sarkisyanın öz evində belə siyasi uğursuzluğa düçar olduğu aydın görünür. Əslində, burada qeyri-adi bir şey yoxdur. Çünki rəsmi İrəvanın xarici siyasəti çox səmərəsizdir və ona qiymət verilə bilməz. Ermənistan elə bir əhəmiyyətli siyasi addım atmayıb ki, məsələn, A.Lukaşenko, yaxud A.Atambayev onu dəstəkləsin. Qırğızıstan prezidenti hətta Gürcüstanın təcrübəsindən öyrəndiklərini Tbilisidə bəyan edib.

Bəs Ermənistandan kim hansı təcrübəni götürsün? Qonşunun torpaqlarını havadarlarının yardımı ilə işğal edib, sonra özünü həyasız aparmağımı? Yoxsa gah Qərbə, gah da Şərqə şikayət dolu nəzərlərlə baxıb, onlardan yardım tələb etməyimi? Bəlkə, rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi namərdlik və riyakarlıq nümunə kimi mənimsənilməlidir?

Təbii ki, bütün bu məqamları siyasətçilər çox gözəl bilirlər. Bu səbəbdəndir ki, hətta erməni ekspertlər belə "İrəvan sammitinin əhəmiyyətini azaltdılar", - deyə qeyd edirlər. Burada qəbul edilən qərarlar elə bir rezonans doğurmayıb. Lakin KTMT-nin 2025-ci ilə qədər strateji fəaliyyət prioritetlərini ifadə edən sənəddə "maraqlı" məqamlar yox deyildi.

Hər şeydən əvvəl, onu vurğulayaq ki, həmin sənəddə konkret bir müddəa yoxdur. Orada ümumi mənzərə təsvir edilir və ona təşkilatın son dərəcə ehtiyatlı yanaşması ifadə olunur. Yazılır ki, müasir çağırışlar və təhdidlərə təşkilat üzvləri hazır olmalıdırlar. Bu mənada KTMT üzv dövlətlərin sabitliyi, təhlükəsizliyi və müstəqilliyinin mühüm təminatçılarından biridir. Ancaq bunun konkret hansı mexanizmlərlə həyata keçiriləcəyi aydın deyil. Çünki KTMT beynəlxalq səviyyədə tanınmayıb. Bundan başqa, təşkilata daxil olan dövlətlər arasında təhlükəsizlik məsələsində yekdil mövqe formalaşmayıb. Məsələn, Rusiya da daxil olmaqla KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin Ermənistan işğalçılıq siyasətindən imtina etmir. Belə bir dövlətin aqressivliyini çətin ki, təşkilata üzv olan ölkələrin əksəriyyəti dəstəkləsin.

Başqa bir məqam kimi sənəddə təşkilatın beynəlxalq münasibətlərdə güc tətbiqindən imtinaya üstünlük verdiyi vurğulanır. Meydana çıxan problemləri siyasi-diplomatik yolla həll etmək tövsiyə olunur. Burada ciddi ziddiyyət mövcuddur. Çünki KTMT-nin üzvü olan Ermənistan artıq uzun illərdir ki, güc tətbiq edərək qonşu dövlətin ərazisini işğal altında saxlayır. Belə olan halda ya sənəd formal xarakter daşıyır, ya da Ermənistana ciddi xəbərdarlıq olunmalıdır ki, ilk olaraq özü güc tətbiqindən imtina etsin. Əks halda, bundan Azərbaycanın öz torpaqlarını azad etməklə bağlı fəaliyyətinə qiymət vermək kimi yararlanmaq cəhdi xam xəyaldır - hər kəs reallığı çox gözəl bilir.

Nəhayət, KTMT üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə balı tutduqları mövqe ilə də rəsmi İrəvanı məyus ediblər. Bununla bağlı sənəddə göstərilir ki, məsələ danışıqlar yolu ilə, Helsinki Yekun Aktının, Vyana və Sankt-Peterburq görüşlərinin tələblərinə uyğun, ərazi bütövlüyü nəzərə alınmaqla həll edilə bilər. Şübhə yoxdur ki, rəsmi İrəvan burada xalqların öz müqəddaratını təyin etməsi prinsipini saxlayıb, ərazi bütövlüyünün təmini məsələsini çıxarmaq istərdi. Lakin bu, baş tutmayıb, ərazi bütövlüyü müddəası öz əksini tapıb. Deməli, S.Sarkisyanı məyus edən faktlardan biri də bundan ibarət olub.

Əslində, başqa cür ola da bilməzdi. Çünki KTMT beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərə qarşı çıxa bilməz. Elə olsa, onun heç bir əhəmiyyəti qalmaz, şəxsi maraqlar meydanına çevrilmiş olar. Sadəcə, İrəvan o dərəcədə riyakar və obyektivlik hissini itirmiş haldadır ki, çox sadə həqiqətləri belə görə bilmir. Ermənilər hələ də himayədarlarının iradəsini beynəlxalq hüquqdan üstün tutur, onlara güvənir. Bu isə siyasət deyil, erməni xalqını uçuruma aparmaqdır.

Belə çıxır ki, KTMT-nin İrəvan sammitində Ermənistanın gözlədikləri alınmayıb. Təşkilata üzv olan digər dövlətlər daha ehtiyatlı mövqe tutublar. Onlar bütövlükdə qlobal siyasətdə özünü göstərən əsas trendlərin məzmununu nəzərə alıblar və buna uyğun olaraq ümumi tezislərdən o yana getməyiblər. Açıq şəkildə göstəriblər ki, Ermənistanın eqoist, təcavüzkar, qeyri-sivil və antidemokratik istəklərini müdafiə etmək fikrində deyillər. Konstruktiv mövqeli, müasir və müstəqil siyasət yeridən dövlətlərlə əməkdaşlıq daha faydalıdır. Bəlkə də KTMT-nin son sammitinin ən maraqlı cəhəti elə məhz bundan ibarətdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32

Şou ulduzu çimərlikdə - FOTO

25 May 2017 23:32

Masallıda onlarla evdə çökmə baş verib:

25 May 2017 23:30

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

25 May 2017 23:22

Oğlan uşağını necə tərbiyə edək?

25 May 2017 23:22

Kann Festivalında tanınmış modellərin dekolte şousu - FOTOLAR

25 May 2017 23:18

Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏ

25 May 2017 23:17

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:17

Həbsdə olan müstəntiq kitab yazır

25 May 2017 23:15

Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək

25 May 2017 23:13

Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş...

25 May 2017 23:12

Sərkisyan nazirlər təyin etdi - Siyahı

25 May 2017 23:12

Siqaret hər 10 saniyədə 1 insanı məhv edir

25 May 2017 23:12

Azərbaycan millisi Almaniya ilə bacarmadı

25 May 2017 23:12

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 300 nəfər ölüb

25 May 2017 23:07

Sabiq sevgilisinin çılpaq fotolarını yaydı - FOTO

25 May 2017 23:05

İrəvanda Bakını götürməyə və “məsələni bağlamağa" çağırdılar

25 May 2017 22:57

Ermənistanda 4 milyon erməni?

25 May 2017 22:57

Masallıda onlarla ev çökdü - FOTO

25 May 2017 22:52

Çörək yeyərkən diqqətli olun

25 May 2017 22:52