Pirallahıda sanatoriya binasında yanğın olub.
Milli.Az FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli sanatoriya binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az