Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

La-Liqa təmsilçisindən insanlıq dərsi

La-Liqa təmsilçisindən insanlıq dərsi

Date: 27 October 2016 14:37

İspaniyanın "Real Sosyedad" klubunun rəhbərliyi atdığı addımla diqqəti cəlb edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, rəhbərlik evi olmadığı üçün küçədə yatan azarkeşi işlə təmin edib.

Belə ki, onlar aylardır klubun giriş hissəsində iti ilə birlikdə yatan Ruben Vitarianonu kluba çağıraraq iş veriblər. Vitoriya yaxınlığında doğulan Ruben Vitariano iti Mundo ilə 3 il San-Sebastian küçələrində gecələyirdi. Son 8 ayda isə "Real Sosyedad" klubunun stadionunun qarşısında məskən salıb. Bunu görən klubun mühazifə xidməti bu barədə rəhbərliyi məlumatlandırıb. Klub rəhbərliyi isə bu şəxsi stadionda işə başlamağa dəvət edib.

Onların sözlərinə görə, Ruben işə ilk olaraq stadion qapılarını rəngləməklə başlayıb. Rubenin jurnalistlərə verdiyi açıqlamada isə "bura mənim itmiş ümidim oldu" - deyə bildirib: "Mən fikirləşirəm ki, görəsən, hələ də belə yaxşı insanlar qalıb? Uzun müddət sonra bu klub mənim itmiş ümidim oldu. Buradan aldığım məvaciblə bir otaq kirayələmişəm, artıq küçələrdə yatmıram".

Milli.Az


Tags:  La-Liqa təmsilçisindən insanlıq dərsi

RƏYLƏR


Top news